Söyüdlərə ilk dəfə qaz verilib

Söyüdlərə ilk dəfə qaz verilib
20:48 15 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Yanvarın 15-də Kürdəmir rayonunun Söyüdlər kəndinə ilk dəfə təbii qaz verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 103 abonenti olan Söyüdlər kəndinin qazlaşdırılması zamanı birpilləli sistem əsasında ümumi uzunluğu 9687 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilində ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edənlər kəndə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2481172.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR