Lənkəranda unun və çörəyin qiyməti düşdü (FOTO)

Lənkəranda unun və çörəyin qiyməti düşdü (FOTO)
20:51 15 Yanvar 2016
111 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saatlarından başlayaraq Lənkəranda un satışı ilə məşğul olan topdansatış mərkəzlərində buğda unu yeni qiymətlə satılır.

ANS PRESS-in gölgə müxbirinin verdiyi məlumata görə, buğdanın və buğda ununun əlavə dəyər vergisindən azad olunması səbəbindən unun və çörəyin qiymətində baş verən ucuzlaşma rayonda un satışının həcmininin artmasına səbəb olub. Əhalinin ən çox tələbat duyduğu unun qiymətindəki ucuzlaşma alıcıların da üzünü güldürüb.

Lənkəran sakini Canəli Səfərov deyir ki, unun qiyməti 30 manata idi: "Şükür Allaha.düşüb 24 manata. Bizim üçün də bu bir az sərfəlidir. Çörək istehsalı ilə məşğul olan müəəəsisələrin rəsmiləri də bu gün satış qiymətlərində dəyişikliklər etdiklərini bildirdilər".

Çörək müəəsisəsinin direktoru İlqar Əsgərlinin bildirdiyinə görə, dünənə qədər 500 qramlıq çörəyin satış qiyməti 35 qəpik idi, mağazalar isə 40 qəpiyə satırdılar: "Bu gün isə artıq 27 qəpikdən biz mağazalara vermişik, onlar 30 qəpikdən satmalıdırlar.

Rayonda fəaliyyət göstərən çörək istehsalı müəssisələrində, unun topdansatışını və pərakəndə satışını həyata keçirən ticarət mərkəzlərində monitorinqlərə start verilib. Monitorinqləri şəhər icra hakimiyyəti yanında yaradılmış komissiya həyata keçirir.

Lənkəran şəhər icra hakimiyyəti başçısının müavini İlkin Rəhimovun verdiyi məlumata görə,.bu gün rayonda 50 kqılıq əla növ un 23-24 manata satılır. Bu manitorinq davam edir. Eyni zamanda vətəndaşlarımıza da müraciət etmişik ki, süni qiymət artımı ilə bağlı hər hansı halla rastlaşarlarsa.bununla əlaqədar şəhər icra hakimiyyətində fəaliyyət göstərən komissiyaya müraciət etsinlər".

Hazırda rayonun çörək müəəsisələri adi iş rejimində çalışır.Əhalinin tələbatını ödəyəcək həcmdə istehsal prosesi həyata keçirilir.






Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=369811

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR