Süni qiymət artımına nəzarət Nərimanov rayonunda da davam etdirilir

20:53 15 Yanvar 2016
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC
Manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi, süni qiymət artımının qarşısının alınması məqsədilə Nərimanov rayonunda da təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Yanvarın 15-də Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında hüquq mühafizə orqanlarının rəhbərlərinin və rayonun digər rəhbər işçilərinin iştirakı ilə geniş müşavirə keçirilib.
Müşavirədə süni qiymət artımının qarşısının alınması ilə bağlı Azərbaycan Prezidentinin verdiyi tapşırıqların icrasının təmin olunması istiqamətində qarşıda duran vəzifələr müzakirə olunub, bir sıra zəruri tədbirlərin həyata keçirilməsi qərara alınıb.
Bu məqsədlə rayon icra hakimiyyətinin, mənzil kommunal istismar sahələrinin, hüquq mühafizə orqanlarının, ictimai şuranın, rayon ağsaqqallar təşkilatının və digər ictimai qurumların nümayəndələrinin iştirakı ilə hər biri 10 nəfərdən ibarət olmaqla 15 işçi qrupu yaradılıb, rayon ərazisində fəaliyyət göstərən iri ticarət şəbəkələrində monitorinqlər keçirilib, strateji əhəmiyyət kəsb edən ərzaq məhsullarının qiymətlərinə və keyfiyyətinə nəzarət olunub, aşkar edilmiş nöqsanlar barədə iradlar bildirilərək sahibkarların diqqətinə çatdırılıb.
Bu istiqamətdə işlər mütəmadi olaraq davam etdiriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Suni_qiymet_artimina_nezaret_Nerimanov_rayonunda_da_davam_etdirilir-918961

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR