“Qəbələ” - “Osnabruk” matçının saatı açıqlandı

“Qəbələ” - “Osnabruk” matçının saatı açıqlandı
20:57 15 Yanvar 2016
38 İdman
Ölkə mətbuatı
A- A+

2015/16 mövsümünün ikinci yarısına Türkiyədə hazırlaşan “Qəbələ” sabah ilk yoxlama oyununu keçirəcək. Fanat.az xəbər verir ki, yanvarın 10-dan Antalyada məşq edən “qırmızı-qaralar”ın ilk rəqibi Almaniyanın “Osnabruk” klubu olacaq. 


Bu matç Roman Qriqorçukun yetirmələrinin 2016-cı ildə ilk sınağıdı. Ölkə çempionatının 3-cü liqasında çıxış edən bu komanda 1899-cu ildə yaradılıb. Ən yaxşı illərini 2-ci Bundesliqada keçirən komanda 2011-ci ildən 3-cü Liqada mübarizə aparır. Ötən mövsüm 11-ci olan “Osnabruk” hazırda - 21 turdan sonra 32 xalla 4-cü pillədə qərarlaşıb. Antalyada ilk sınağına 2 gün öncə çıxan Almaniya təmsilçisi İsveçrənin “Vil” komandasını 2:0 hesabı ilə məğlub edib.


2016-cı ildə ilk matçına çıxacaq “Qəbələ” tarixində 76-cı yoxlama oyununu keçirəcək. Əvvəlki 75 qarşılaşmada 34 qələbə qazanan komanda 15 heç-heçə edib və 26 dəfə uduzub. 120 qol vuran "Qəbələ"li futbolçular xarici klublardan 85 top buraxıb. Həmin qarşılaşmalardan 52-si Türkiyə, 8-i Sloveniya, 5-i İngiltərə, 4-ü Hollandiya, 3-ü Avstriya, 1-i Ukraynada baş tutub. 2 görüş isə Qəbələdə keçirilən turnirə təsadüf edib. “Qırmızı-qaralar” indiyədək 1 dəfə Almaniya təmsilçisi ilə yoxlama matçında qüvvəsini sınayıb. 2013-cü ilin əvvəlində Türkiyədə “İnqolşatadt”la üz-üzə gələn "Qəbələ" 3:4 hesabı ilə uduzmuşdu. 


“Qəbələ” - “Osnabruk” matçı Bakı vaxtı il saat 17.30-da başlayacaq. Görüş “Gloria” məşq meydançalarında keçiriləcək.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qbl-osnabruk-matcnn-saat-acqland-t46830.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR