Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Gəncədə “Kəpəz kuboku” uğrunda rəqs yarışması keçiriləcək

Gəncədə “Kəpəz kuboku” uğrunda rəqs yarışması keçiriləcək

Bakıda beynəlxalq milli rəqs və musiqi festivalı keçiriləcək (20 Mart 2017 00:05)
Gəncədə 7 otaqlı ev yandı (19 Mart 2017 21:59)
Bakıda beynəlxalq "Milli rəqs və musiqi" festivalı keçiriləcək (18 Mart 2017 16:12)

Tarix: 15 Yanvar 2016 21:02

Bakı. 15 yanvar. REPORT.AZ/ Yanvarın 30-31-də Gəncə şəhərində “Kəpəz kuboku” uğrunda rəqs yarışması keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsi yayıb.
Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyası tərəfindən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunan yarışma müxtəlif nominasiyalar və yaş qrupları üzrə gerçəkləşəcək.
Azərbaycan Gənclər İttifaqının sədr müavini Əziz Əzizovun sözlərinə görə, dörd ilə yaxın müddətdə bir neçə çempionat və kubok yarışları keçirilib. Bakıda keçirilən yarışlara 3-4 min iştirakçı qatılıb. Bu dəfə yarışma üçün Gəncə şəhərinin seçilməsi əhatə dairəsinin genişləndirilməsi, bölgələrdəki rəqs kollektivlərinin də tədbirə cəlb olunması məqsədi daşıyır. Yanvarın 30-da Məhsəti Gəncəvi adına klubda yerli rəqs kollektivlərinin rəhbərləri, məşqçilər üçün ustad dərsləri keçiriləcək. Gənclərin, uşaqların çox maraq göstərdikləri folk, etno, hip-hopr, breyk-dans kimi rəqs növləri barədə məlumat veriləcək. Ertəsi gün isə müxtəlif kollektivlər fərqli nominasiyalar və yaş qrupları üzrə yarışacaqlar. Gəncədə təxminən min nəfər səhnəyə çıxacaq. Artıq Ağstafa, Qazax və Gəncədən bir neçə kollektiv iştirak etmək üçün müraciət edib.
Qeydiyyat yanvarın 20-dək davam edəcək. Gəncənin «Kəpəz» telekanalı da tədbirin anonslarını yayımlamağa başlayıb. Bakıdan da bir neçə kollektiv - «İncilər», «Zirvə» və «CƏM» yarışmaya qatılmaq istədiyini bildirib. “Kəpəz kuboku” uğrunda yarış dörd kateqoriya üzrə keçiriləcək: bebi-şou (7 yaşınadək), uşaqlar (7-10), yeniyetmələr (11-15) və böyüklər (16-32). Onlar da solo, duet, qrup (3-7 nəfər) və ansambl (8-24 nəfər) olaraq yarışacaq.
İştirakçıların çıxışlarını Rima Məmmədova, Tahir Eynullayev, Veronika Talıbova kimi tanınmış xoreoqrafların yer aldığı münsiflər heyəti qiymətləndirəcək.

Teqlər:  Gəncədə Kəpəz kuboku uğrunda rəqs yarışması keçiriləcək



RƏYLƏR


Top xəbərlər