Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaqların "Şahdağ" Turizm Mərkəzində istirahəti təşkil edilib (FOTO)

Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaqların "Şahdağ" Turizm Mərkəzində istirahəti təşkil edilib (FOTO)
21:03 15 Yanvar 2016
14 Sosial
Ölkə mətbuatı
A- A+

Heydər Əliyev Mərkəzinin parkında taekvondo dərsi olub - FOTO (26 İyun 2017 14:47)
Heydər Əliyev Mərkəzinin parkında taekvondo üzrə master-klass təşkil edilib - FOTOLAR (25 İyun 2017 16:48)
Heydər Əliyev Mərkəzi uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün silsilə tədbirlər keçirir - VİDEO (22 İyun 2017 14:05)

Bakı. Trend:

Valideyn himayəsindən məhrum uşaqların Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Şahdağ” Turizm Mərkəzində istirahəti təşkil edilib.

Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum uşaqlara, onların sağlam, savadlı, vətənpərvər böyüməsinə hər zaman xüsusi diqqətlə yanaşır. Fond uşaq evləri, internat məktəbi sakinlərinin istirahətini də ən yüksək səviyyədə təşkil etməklə onların mənalı və eyni zamanda maraqlı əylənmələri üçün bütün lazımi tədbirləri görür. Yeni ildə Heydər Əliyev Fondu bu uşaqlara daha bir sürpriz etdi.

Müxtəlif uşaq evlərində məskunlaşmış uşaq və yeniyetmələr paytaxtımızdan onlar üçün ayrılmış xüsusi avtobuslarla yola düşdülər. İstiqamət isə ölkəmizin ən gözəl məkanlarından biri sayılan, dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən “Şahdağ” Turizm Kompleksi oldu. Qafqaz dağlarına tibbi və təhlükəsizlik qaydaları çərçivəsində həyata keçirilən səfər zamanı Fond bütün uşaqları qış istirahəti üçün nəzərdə tutulmuş geyim və digər lazımi əşyalarla təmin etdi.

“Şahdağ” Turizm Kompleksinə gələn uşaqların səmərəli istirahəti və asudə vaxtının təşkili üçün maraqlı proqram hazırlanmışdı. İkigünlük səyahət zamanı onlar kompleksin “Pik Palace Şahdağ” hotelində yerləşdilər. Nəzarətçilərin və təlimatçıların rəhbərliyi ilə yaş qruplarına uyğun hazırlanmış proqram çərçivəsində uşaqları qış idman oyunları, animatorların iştirakı ilə əyləncələr, o cümlədən karaoke və müxtəlif müsabiqələr gözləyirdi. “Şahdağ” Turizm Kompleksinin uşaqlar üçün nəzərdə tutulan oyun meydançalarında balaca qonaqlar qarda gəzdilər, yamaclarda tübinq gəzintilərində iştirak etdilər.

Havanın dumanlı olmasına baxmayaraq, uşaqların sevinci hədsiz idi. Onlar qarda həvəslə sürüşür, qartopu oynayır, şən səs-küyləri, isti nəfəsləri ilə bu məkanı daha da canlandırırdılar. Axşam düşəndə isə uşaqlar hotelin geniş işıqlı salonunda nağıl qəhrəmanları Spaydermen, Ağbəniz, Minyon ilə birgə əylənir, şeirlər söyləyir, mahnılar oxuyur, rəqs edirdilər. Qız və oğlan komandalarının yarışları, moda müsabiqələri, oğlanların güc yarışları tədbiri daha da maraqlı və yaddaqalan edən məqamlardan oldu.

Növbəti gün səhər tezdən durmuş uşaqları yenə də dağ yamaclarında maraqlı oyunlar gözləyirdi. Gecədən yağan qarın səhər güclənməsi balacaların sevincini daha da artırdı. Qartopu oynayan, xizəklə sürüşən uşaqların səs-küyü hər tərəfə yayılırdı. Nahar süfrəsi arxası isə fidanları onların sevimli nağıl qəhrəmanları və klounlar səbirsizliklə gözləyirdi. Şən melodiyalar, rəqslər, oyunlar, uşaqların sevinc dolu alqışları tədbirə əsl bayram əhval-ruhiyyəsi gətirdi.

Uşaq evlərinin sakinləri üçün “Şahdağ” Turizm Mərkəzində təşkil olunan maraqlı istirahət Fondun növbəti humanitar aksiyası kimi yaddaşlara yazıldı.

Heydər Əliyev Fondu 2004-cü ildən “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində respublikada 30-dan çox uşaq evi və internat məktəbinin yenidənqurma və əsaslı təmirini həyata keçirib, ata-ana qayğısından məhrum uşaqlar üçün ailə mühitini əvəz edən yaşayış və məişət şəraiti yaradıb. Bu müəssisələrdə təhsilin səviyyəsini yüksəltmək, uşaqların istirahətini və sosial qayğılarını təmin etmək məqsədilə Fond davamlı olaraq layihələr həyata keçirir. Fondun bu istiqamətdə dövlətin fəaliyyətinə hərtərəfli dəstəyə əsaslanan nəcib, xeyirxah işləri nümunəvidir. Bu xeyriyyəçilik fəaliyyətinin əsas motivini insanlara sevgi və təmənnasız xeyirxah əməllər təşkil edir. Azərbaycanın birinci xanımı “Uşaqlar Azərbaycanın sabahıdır, gəlin onların problemlərinə biganə qalmayaq” fikrini dəfələrlə vurğulayıb. Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond valideyn himayəsindən məhrum olan uşaqların problemlərinin həllinə xüsusi diqqət ayırır, müvafiq proqram çərçivəsində respublikada uşaq müəssisələrini əsaslı təmir edərək, yeni avadanlıqla təchiz edir. Xeyirxahlıq, mərhəmət və humanizm insanlığın zinəti olan ali dəyərlərdəndir. Cəmiyyətdə nəcibliyin, mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilməklə, ümumxalq mənafeləri baxımından bir sıra strateji layihələri qısa müddətdə uğurla reallaşdıran Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti də məhz bu nəcib dəyərlərə söykənir.

Böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunmasını, müxtəlif humanitar aksiyaları fəaliyyətinin prioritet istiqamətləri kimi müəyyən edən Heydər Əliyev Fondu paytaxtdakı uşaq müəssisələrinin sakinlərinə Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə yerləşən məkanda unudulmaz günlər yaşatdı. Fondun ölkəmizin ən gözəl turizm mərkəzlərindən biri olan “Şahdağ”da təşkil etdiyi bu tədbir məhz belə xeyirxah missiyanın davamı oldu.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

“Mehmetcik”ə XAİN PUSQU: 3 şəhid

27 İyun 2017 20:23

Xurmanın insan orqanizmində yaratdığı möcüzələr

27 İyun 2017 20:22

Bu xalçaların qiyməti 50 min manatdan artıqdır - VİDEO

27 İyun 2017 20:17

Şirin badam yağının faydaları

27 İyun 2017 20:17

Bakıda avtobus sürücüsü qaydaları eyninə almadı - VİDEO

27 İyun 2017 20:12

Nömrəni parça ilə bağlayaraq Bakda belə şütüyür - VİDEO

27 İyun 2017 20:12

Bakıda həkim xəstəni ömürlük şikəst elədi - VİDEO

27 İyun 2017 20:12

Süni mayalanmada hansı risklər ola bilər

27 İyun 2017 20:12

Küçə ticarəti bu yolları iflic edib - VİDEO

27 İyun 2017 20:12

AŞPA-da korrupsiya hallarını araşdırmaq üçün müstəqil araşdırma qrupu yaradılıb

27 İyun 2017 20:07

Sahildə erotik sessiyaya çəkildi - FOTO

27 İyun 2017 20:05

Satılan mənzillərin 30 faizinin sənədi yoxdur - VİDEO

27 İyun 2017 20:05

Tovuzda 12 yaşlı yeniyetməni ilan sancıb - VİDEO

27 İyun 2017 20:05

Senator: "ABŞ-ın körfəz dövlətlərinə silah satışına icazə verilməyəcək"

27 İyun 2017 20:03

Prezident İlham Əliyev Polşa Senatının marşalı ilə görüşüb -

27 İyun 2017 19:58

Namazı bitirdikdən sonra zikr edərkən əlləri qaldırmaq olarmı?

27 İyun 2017 19:57

Beynəlxalq kiberhücum: Şirkətlər İFLİC OLDU

27 İyun 2017 19:53

Autizmli uşağın valideyni olsaydım

27 İyun 2017 19:52

Dostluq etməyi bacarırsınızmı?

27 İyun 2017 19:47

Varşavada Azərbaycan-Polşa biznes forumu keçirilib

27 İyun 2017 19:43

Falçılar necə olur ki, doğru xəbər verirlər?

27 İyun 2017 19:42

Türkiyədə 3 əsgər şəhid oldu

27 İyun 2017 19:42

DİN Lənkəranda baş vermiş silahlı basqınla bağlı məlumat yayıb

27 İyun 2017 19:39

Döyüşdə şalvarını batırdı

27 İyun 2017 19:37

Maaşı 6 milyon funt sterlinq artacaq

27 İyun 2017 19:37

Ən çox neft satan və alan ölkələr - REYTİNQ

27 İyun 2017 19:32

Qalmaqallı model vücudunu göstərdi - FOTO

27 İyun 2017 19:32

2 milyard manatlıq "körpə iqtisadiyyatı” xaricilərin nəzarətindədir

27 İyun 2017 19:32

İşlədiyi şirkətdən qovuldu, milyon dollarlıq biznes qurdu - FOTO

27 İyun 2017 19:27

11 yaşında milyonçu olan qız - FOTO

27 İyun 2017 19:22

Bu 3 sadə komponentdən hazırlanan eliksir möcüzələr törədir

27 İyun 2017 19:22

Görənləri heyrətə salan 21 yaşlı qarı - FOTOLAR

27 İyun 2017 19:18

Hadisə cangüdənlərə əsəbiləşdi - FOTO

27 İyun 2017 19:17

İlan sancan zaman ilk yardım

27 İyun 2017 19:17

Kriştiano Ronaldo ilə azərbaycanlı dostunun görüşü

27 İyun 2017 19:15

Mətanət İsgəndərli Həcc ziyarətindən qayıtdı - FOTO

27 İyun 2017 19:12

Türk milyarder dənizdə ölümlə üz-üzə qaldı - FOTO

27 İyun 2017 19:12

Yorğunluğunuzun 7 əsas səbəbi

27 İyun 2017 19:12

ABŞ Türkiyənin düşməni üçün qapını açıq saxladı

27 İyun 2017 19:08

Polkovnik niyə öldürüldü?

27 İyun 2017 19:05

Daha iki məşhur sevgili oldu

27 İyun 2017 18:57

Ardanı sevgilisiylə öpüşərkən çəkdilər - FOTO

27 İyun 2017 18:57

Milli Məclis üzvünün təklifi Avropa Şurasının həyatında əhəmiyyətli yeniliyi nəzərdə tutur

27 İyun 2017 18:47

Bundesliqadan "Qəbələ"yə gəlir - SON ANDA

27 İyun 2017 18:47

Mehriban Əliyeva məcburi köçkünlər üçün tikilən binanın açılışında

27 İyun 2017 18:44

Bakının mərkəzində "Odlar ölkəsi" adlı estrada ifaçılarının konserti

27 İyun 2017 18:37

Goranboy sakinini ilan sancıb

27 İyun 2017 18:36

Qadın həbsxanasında biabırçılıq - FOTOLAR

27 İyun 2017 18:33

"ABŞ misli görünməmiş hücuma hazırlaşır" - Rusiya

27 İyun 2017 18:32

Səfir Elxan Poluxov etimadnaməsini Braziliya prezidentinə təqdim edib

27 İyun 2017 18:32