Çexiya DİN: Kvotalar mənasız tədbirdir

Çexiya DİN: Kvotalar mənasız tədbirdir
21:13 15 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+


Praqa, 15 yanvar, AZƏRTAC
Vışeqrad dördlüyü ölkələrinin daxili işlər nazirlərinin və Balkan ölkələri nümayəndələrinin yanvarın 19-da Praqada keçiriləcək sammiti ərəfəsində Çexiyanın daxili işlər naziri Milan Xovanets miqrasiya böhranına münasibətini bildirib. ČTK informasiya agentliyi nazirin “Kvotalar mənasız tədbirdir. Zənnimcə, bunu hər kəs bilir” sözlərini sitat gətirib.
Nazir miqrasiya böhranının həllini kütləvi miqrasiya dalğası bürümüş ölkələrə dəstək göstərilməsində və Şengen sərhədlərinin müdafiə olunmasında görür. O deyib: “Biz qəti bildirməliyik ki, Şengen zonasının sərhədləri keçilməzdir, bu sərhədlər “xəlbir” deyil”. Nazir, həmçinin xatırladıb ki, Avropa İttifaqının üzvü olan ölkələr hələ ötən ilin iyununda kütləvi miqrasiyanın əsas zərbəsini qəbul edən ölkələrdə ilə xüsusi miqrasiya mərkəzlərinin yaradılması barədə razılığa gəlsələr də, belə mərkəzlər ləng hazırlanır. M.Xovanets narahatlığını belə ifadə edib: “Əgər işlər bundan sonra da belə getsə, qorxuram ki, hətta yeni miqrasiya dalğasının qopacağı ehtimal edilən yazda da bu mərkəzlər işləməyəcək”. Bundan əlavə, nazir bildirib ki, Çexiya polisləri əvvəlki kimi Avstriya ilə sərhəddə keşik çəkəcəklər. Sərt sərhəd nəzarətinin tətbiq edildiyi 7 ay ərzində onlar tərəfindən 3300 adam saxlanılıb. M.Xovanets hesab edir ki, sərhəd nəzarəti lazımlı tədbirdir, çünki hər gün Avropaya bir neçə yüz miqrant gəlir. Sonra onlarda Çexiya ərazisində qeyri-leqal hərəkət etmək istəyi yarana bilər. Nazir deyib: “Sərhəd nəzarətinin bərpasının zəruriliyi barədə hər hansı məlumat verilın kimi biz beş saat ərzində sərhədi polis və ordu qüvvələri ilə təmin edə bilərik. Biz buna hazırıq və belə variantı işləmişik”.
Çexiya DİN-in başçısının fikrincə, miqrantların axını gözlənildiyindən az zəifləyib. Görünür, buna qış aylarında Avropada havaların mülayim keçməsi səbəb olub.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/CHexiya_DIN_Kvotalar_menasiz_tedbirdir-918971

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR