Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Müəllim şagirdə əl qaldıra bilərmi? - VİDEO

Müəllim şagirdə əl qaldıra bilərmi? - VİDEO

Date: 15 January 2016 21:22

Ötən gün Sumqayıtda müəllimin şagirdi döyməsi barədə xəbər vermişdik. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan bu görüntülər narazılığa səbəb olmuşdu. Müəllimi uşağa əl qaldırdığı üçün qınayanlar da oldu, "müəllim ata yarısıdır" deyərək uşağın tərbiyəsində bunu vacib hesab edənlər də. Mövzunu bu gün də davam etdirmişik. Bəs görəsən müasir təhsil metodu bu barədə nə deyir?

Sumqayıtda şagirdin müəllimi tərəfindən döyülməsi pedaqoji fəaliyyəti zamanı zorakılıq mövzusunu aktuallaşdırıb.

Müəllimin şagirdə əl qaldırmasına münasibət birmənalı deyil. Baxmayaraq ki, "Müəllimlərin etik davranış qaydaları"nın tələblərinin kobud şəkildə pozulması, şagirdə qarşı fziki güc tətbiq edilməsi, onun şərəf və ləyaqətini alçaldan hərəkətə yol verilməsi qanunla qadağandır. "Təhsil haqqında" qanuna görə təhsil alanların şərəf və ləyaqətinə hörmətlə yanaşılmalıdır.

Mütəxəssislər hesab edir ki, pedaqoqlar işə qəbul zamanı psixoloji, metodoloji yoxlamadan keçməlidirlər. Müəllimin peşəkarlığı elə həddə olmalıdır ki, uşağı danlamağı konfliktə çevrilməsin.

Müəllim, davranışlarını cilovlaya bilməyən şagirdin valideynini məktəbə dəvət edə, şagirdin özü ilə fərdi söhbət apara, hadisənin baş vermə səbəbini aydınlaşdıra bilər. Direktorun iştirakı ilə həmin şagird məktəbdə psixoloji yardım göstərən müəllimin yanına aparılmalıdır.

Müassir təhsil metodunda şagirdlərin evdə aldıqları tərbiyə də böyük rol oynayır. Müəllim şagirdin valideyninə davranışları ilə bağlı xəbərdarlıq etdikdə o məsələni ciddi nəzarətə götürməlidir.

Milli.Az


Tags:  Müəllim şagirdə əl qaldıra bilərmi VİDEO


RƏYLƏR


Top news