Xalq öz Prezidentinə, Prezident isə öz xalqına arxalanır

21:23 15 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+

Siyavuş Novruzov: "Xalq Milli Şuranın mitinqini boykot etdi" (08 Aprel 2017 17:53)
Çin Xalq Respublikasının sədri Azərbaycan prezidentinə məktub göndərdi (05 Aprel 2017 14:48)


Hazırda ölkədə neftin ucuzlaşması, manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar dövlətimizin başçısının rəhbərliyi ilə qabaqlayıcı tədbirlər görülür, mühüm islahatlar həyata keçirilir.
Bu gün dünyada cərəyan edən siyasi proseslər, baş verən qarşıdurmalar, mövcud münaqişə ocaqları, eləcə də böyük dövlətlərin maraqlarının toqquşması iqtisadiyyata da öz mənfi təsirini göstərir. Sözsüz ki, bu cür hallar beynəlxalq birliyin fəal üzvü olan Azərbaycana da təsirsiz ötüşmür. Xüsusilə neftin qiymətinin aşağı düşməsi bir çox ölkələrin iqtisadi inkişafına əngəl yaradır. Ancaq hazırda ölkəmizdə bununla bağlı qabaqlayıcı tədbirlər görülür. Bunun nəticəsidir ki, dünya dövlətləri bu böhrandan əziyyət çəkdiyi bir vaxtda, ötən il Azərbaycanda iqtisadi artım müşahidə edilib. Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, ölkəmiz 2015-ci ildə uğurla inkişaf edib. Qarşıda duran bütün vəzifələr icra edilib. Bununla yanaşı, ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artıb.
Dövlətimizin başçısı iclasda neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi, manatın məzənnəsinin dəyişməsi ilə bağlı bir sıra vacib məqamlara toxunub və bunun qaçılmaz olduğunu bildirib. Təbii ki, neftin qiymətinin aşağı düşməsi nə iqtisadi amillərlə bağlıdır, nə də Azərbaycanın, eləcə də neft-qaz hasil edən digər ölkələrin iradəsindən asılıdır. Nəzərə almaq lazımdır ki, neftin ucuzlaşması bəzi qonşu dövlətlərin milli valyutalarının 100 faiz, hətta daha çox dərəcədə devalvasiyaya uğramasına gətirib çıxarıb. Ona görə, hazırda ölkə rəhbərliyi çalışır ki, xalqımız, vətəndaşlarımız bu iqtisadi çətinlikdən daha az zərərlə çıxsın.
Hazırda ölkədə neftin ucuzlaşması, manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar dövlətimizin başçısının rəhbərliyi ilə qabaqlayıcı tədbirlər görülür, mühüm islahatlar həyata keçirilir. Prezident İlham Əliyev iclasda bildirib ki, gömrük rəsmiləşdirilməsi və bütün idxal-ixrac əməliyyatları tam şəffaf aparılmalı, inhisarçılığa qarşı daha da ciddi mübarizə həyata keçirilməlidir. Bu gün Azərbaycan vətəndaşı qeyd etdiyimiz məsələləri sözdə yox, əməli işdə görür, öz həyatında hiss edir. Bu günlərdə manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar Azərbaycan Prezidentinin tapşırığına əsasən əhalinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı əlavə dəyər vergisindən azad edildi. Bununla da bu sahədə baş verə biləcək qiymət artımının qarşısı alındı, 50 kiloqramlıq 1 kisə unun qiyməti 22 manata endi.
Azərbaycanda yerli istehsal mövcud olsa da, sözsüz ki, bəzi məqamlarda idxaldan asılılığımız davam edir. Ona görə də bəzi hallarda qiymət artımı qaçılmaz olur. Ancaq manatın məzənnəsinin dəyişməsini özünə fürsət bilib, süni qiymət artımına əl atanlar da az deyil. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bu məqama xüsusi olaraq diqqət yönəldib, istehlak qiymətlərinə çox ciddi nəzarət edilməli olduğunu bildirərək deyib: “Manatın məzənnəsinin dəyişməsi ilə bağlı bəzi işbazlar qiymətləri süni şəkildə qaldırmaq istəyirlər... O məhsullar ki, Azərbaycanda istehsal olunur, orada qiymət artımı ümumiyyətlə mümkün deyil, olmamalıdır. Ümumiyyətlə, mən bilirəm, məlumat da gəlir ki, natəmiz insanlar, işbazlar bax bu məzənnə məsələsindən sui-istifadə etmək istəyirlər. Buna son qoyulmalıdır... Süni bahalaşmaya son qoyulmalıdır və burada çox ciddi cəza tədbirləri görülməlidir”.
Prezident İlham Əliyevin səsləndirdiyi bu fikirlər şəxsi mənafeyini milli maraqlardan üstün tutan bəzi “iş adamları” üçün çox ciddi mesajdır. Artıq buna əməl etməyənlərin cəzalandırılmasına başlanılıb. Belə ki, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İqtisadiyyat Nazirliyi ilə birgə un, çörək, yumurta və digər istehlak məhsullarının, həmçinin dərman vasitələrinin qiymətlərinin süni şəkildə artırılması, qıtlıq yaradılması kimi sui-istifadə hallarının qarşısının alınması məqsədi ilə gördüyü tədbirlər nəticəsində 6 cinayət işi açılıb, 7 vəzifəli şəxs barəsində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Hesab edirəm ki, işbazlar bundan dərs götürməlidirlər. Süni qiymət artımına cəhd göstərmək, xalqın cibinə girmək olmaz.
Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsasında insan amili dayanır. İnsanlar üçün yüksək səviyyəli həyat şəraitinin təmin edilməsi konstitusion normadır. Təsadüfi deyil ki, ötən il dünya üçün çətin bir dövr olmasına baxmayaraq, Azərbaycanda bütün sosial proqramlar icra edilib. Ölkəmizdə insanlara böyük məbləğdə ünvanlı dövlət sosial yardımları verilib. Dövlətimizin başçısı Nazirlər Kabinetinin iclasında güclü sosial siyasətin aparıldığını xüsusi vurğulayaraq deyib: “Biz bu il bütün sosial proqramları tam icra edəcəyik... Bu il pensiya və əməkhaqqının qaldırılması nəzərdə tutulmalıdır”.
Bütün bunlar bir daha onu göstərir ki, Prezident İlham Əliyev hər bir azərbaycanlının Prezidentidir. Azərbaycan xalqı öz Prezidentinə, Prezident isə öz xalqına arxalanır. Bu birlik sarsılmazdır. Dövlətimizin başçısı atdığı hər bir addımında vətəndaşın yanında olduğunu, onun sevincinə şərik olub, kədərini bölüşdüyünü nümayiş etdirir. Prezident ən yüksək səviyyəli məmurları belə xalqla təmasda daha diqqətli olmağa çağırır, onlara xalqın, dövlətin qulluqçuları olduğunu xatırladır. Təbii ki, bu normalar gözlənilməyəndə Prezident onları sərt şəkildə cəzalandırır. Hər birimiz dəfələrlə bu cür halların şahidi olmuşuq. Məntiqli insan da bunu görür və dərk edir, bir daha dövlətin gələcəyinin etibarlı əllərdə olduğuna əmin olur.
Qeyd etdiyimiz kimi, hazırda bir çox ölkələrdə iqtisadi və siyasi böhran yaşanır. Dünyada neftin qiymətinin aşağı düşməsi, bir çox dövlətlərin milli valyutaları ilə yanaşı, manatın da məzənnəsinin dəyişməsi müəyyən iqtisadi çətinliklərlə müşayiət olunur. Hər zaman qərəzli, anti-milli fikirləri ilə xalqı çaşdırmağa çalışan, cəmiyyətdə çaşqınlıq yaratmağa cəhd edən, xarici xidmət orqanlarının “sifarişlərini” yerinə yetirən bəzi dağıdıcı ünsürlər yenə də fəallaşıblar. Bu əməllərin sahibləri antiazərbaycan, erməni və ermənipərəst qüvvələrin əlində alətə çevriliblər. Həyatda özünü təsdiq edə bilməyən, nəinki Vətənə, xalqa, heç özünə belə xeyri olmayan belə insanlar kompyuter arxasına keçərək virtual aləmin sanki “şirlərinə” dönürlər. Daha çox sosial şəbəkələrdə, bəzi saytlarda virus kimi yayılan bü cür “feysbuk qəhrəmanları” insanların beynini zəhərləməyə, onlarda dövlətə qarşı mənfi fikir formalaşdırmağa cəhd edirlər. Yalan məlumat yaymaq, xəstə təxəyyülün məhsulunu insanlara fakt kimi sırımaq cəhdləri belələrinin həyat tərzinə çevrilib. Ancaq onlar anlamırlar ki, xalqımız dövlətə və onun rəhbərinə inanır, Prezidentimizin həyata keçirdiyi siyasi kursu dəstəkləyir. Bu inam, etibar illərin sınağından çıxıb, təsdiqlənib, zaman keçdikcə daha da möhkəmlənib. Heç kim Xalq-Prezident birliyini sarsıtmaq iqtidarında deyil. Heç şübhəsiz ki, müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sınaqdan da üzüağ çıxacaq, dövlətimizin iqtisadi inkişafı bundan sonra da yüksək səviyyədə davam etdiriləcək.
Vüqar Rəhimzadə,
YAP Siyasi Şurasının üzvü,
“İki sahil” qəzetinin baş redaktoru,
Əməkdar jurnalist

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İsrail əsgərləri fələstinli gənci öldürdülər

23 May 2017 03:26

Mançesterdə iki ardıcıl partlayış - Ölən və yaralananlar var - FOTO/VİDEO

23 May 2017 03:23

Etirazçılar sabiq prezidentin evini yandırdı

23 May 2017 03:18

İngiltərədə "Mançester Arena" stadionunda 2 partlayış olub - ölənlər var

23 May 2017 03:01

Bakıda özünü 5-ci mərtəbədən yerə atan gənc oğlan ölüb

23 May 2017 02:57

İngiltərədə konsertdə terror həyəcanı

23 May 2017 02:54

Kataloniya müstəqilliyini elan edəcək? -

23 May 2017 02:38

İtaliyada kiçik ailə üçün ev - FOTO

23 May 2017 02:32

İsveçin hava limanında şübhəli çanta səbəbindən insanları təxliyə ediblər

23 May 2017 02:29

Dövlət Departamenti: Türkiyə suriyalılara hamıdan çox yardım edib

23 May 2017 02:27

Azərbaycanda bu da oldu:

23 May 2017 01:55

Venesuelada etiraz aksiyası zamanı Uqo Çavesin evi yandırılıb

23 May 2017 01:47

"Barselona" Vidalın qalmasını istəyir

23 May 2017 01:39

Danimarkada orta məktəb - FOTO

23 May 2017 01:32

"Yuventus" Xuan Quadradonu 20 mln. avroya transfer edib

23 May 2017 01:27

Sumqayıtda 4 otaqlı mənzil yanıb

23 May 2017 01:27

Antoniu Quterreş Ruhanini yenidən prezident seçilməsi münasibətilə təbrik edib

23 May 2017 01:08

Sumqayıtda 4 otaqlı mənzil yanıb

23 May 2017 00:55

Cocuq Mərcanlıda silah-sursat aşkarlanıb

23 May 2017 00:55

Elvis Preslinin şəxsi təyyarəsi satışa çıxarılacaq

23 May 2017 00:52

4 otaqlı mənzil əşyaları ilə birgə yandı - Sumqayıtda

23 May 2017 00:49

Əfsanəvi müğənninin təyyarəsi satışa çıxarılır

23 May 2017 00:39

Tanınmış aktrisaya xərçəng diaqnozu qoyuldu

23 May 2017 00:29

Qəbul imtahanlarında ikinci dəfə iştirak etmək istəyənlərin qeydiyyatı başa çatdı

23 May 2017 00:24

Cocuq Mərcanlıda 3 piyada əleyhinə mina və 1 tank əleyhinə minanın partladıcısı aşkarlanıb (FOTO)

23 May 2017 00:22

Qəbul imtahanlarında ikinci dəfə iştirak etmək istəyənlərin qeydiyyatı başa çatdı

23 May 2017 00:09

Astroloji proqnoz - 23 may

23 May 2017 00:08

Türkiyə ABŞ-ı terrorçularla işbirliyində ittiham edib

23 May 2017 00:07

Mənsum İbrahimov Hollivudda - FOTO

23 May 2017 00:05

Günün qoroskopu: işgüzar aktivlik artır

23 May 2017 00:05

"Terrorçuları dəstəkləyənlər terrorla mübarizə apardıqlarını deyə bilməzlər" -

22 May 2017 23:58

70-ci illərin İstanbulu FOTOLARDA

22 May 2017 23:57

Sumqayıtda ev yanıb külə döndü - VİDEO

22 May 2017 23:57

"Pike, axmaq, çempionu təbrik et"

22 May 2017 23:57

Yer üzünün ən zərərli 19 məhsulu! - FOTO

22 May 2017 23:57

25 yaşlı oğlan bıçaqlanıb

22 May 2017 23:57

Təcrübəli futbolçu katalon klubundan gedir

22 May 2017 23:57

İsmayıllıda 25 yaşlı oğlan bıçaqlandı

22 May 2017 23:54

Kimlər xərçəngə daha çox meyllidir? - Alimlər açıqladı

22 May 2017 23:53

Bərdədə banka məxsus inkassator maşını aşıb

22 May 2017 23:47

"Bakı-2017"nun başlanış mərasimi - FOTO/VİDEO

22 May 2017 23:47

Premyer Liqada "qızıl əlcək" mükafatı belçikalıya verildi

22 May 2017 23:42

"Danışan" kağız yaratdılar

22 May 2017 23:37

“Danışan” kağız yaratdılar

22 May 2017 23:36

Məşhur aktrisaya xərçəng diaqnozu qoyuldu -

22 May 2017 23:35

"Onlar sürətli olmalı və tez qərar vermək bacarığına malik olmalıdır"

22 May 2017 23:32

Gündəlik həyatda ən çox dediyimiz 24 YALAN - VİDEO

22 May 2017 23:32

"Onlar nəzərəçarpacaq dərəcədə artırıblar"

22 May 2017 23:32

İsmayıllıda 3 uşaq anası sirkə turşusu içdi

22 May 2017 23:24

30 yaşlı qadın intihara cəhd edib

22 May 2017 23:22