Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Syerra-Leonenin hakimiyyət orqanları Ebola virusuna yeni yoluxma faktını təsdiq ediblər

Syerra-Leonenin hakimiyyət orqanları Ebola virusuna yeni yoluxma faktını təsdiq ediblər

Date: 15 January 2016 21:38


Bakı, 15 yanvar. AZƏRTAC
Syerra-Leonenin Səhiyyə Nazirliyi Ebola qızdırmasından yeni ölüm faktını təsdiq edib.
AZƏRTAC “aif.ru”ya istinadla xəbər verir ki, ölkənin şimalında qızdırmaya yoluxan oğlan uşağı ölüb. Səhiyyə Nazirliyinin nümayəndələrinin götürdükləri analizlər uşağın virusa yoluxduğunu təsdiq edib.
Qeyd edək ki, ötən il noyabrın 7-də Syerra-Leone hökuməti ölümcül xəstəlik ocağının məhv edildiyini bildirib. Ölkədə 90 günlük monitorinq elan edilib.
Xatırladaq ki, Dünya Səhiyyə Təşkilatı yanvarın 14-də Qərbi Afrikada Ebola epidemiyasının başa çatdığını elan edib.

Tags:  Syerra-Leonenin hakimiyyət orqanları Ebola virusuna yeni yoluxma faktını təsdiq ediblər


RƏYLƏR


Top news