Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Aktyorun işçini təhqir etməsinə şirkətdən cavab

Aktyorun işçini təhqir etməsinə şirkətdən cavab

Date: 15 January 2016 22:31

"Eve dönüş" filmində rol alan Tardu Flordun çəkiliş məkanında çalışan bir işçiyə nalayiq söyüşlər deməsi xəbərinə şirkətdən açıqlama gəlib.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, yaradıcı heyət bu məlumatın həqiqəti əks etdirmədiyini bildirib:

"Bəzi saytlarda aktyorumuz Tardu ilə bağlı xoşagəlməz xəbərlər yayılıb. Bu yazılar gerçəkdən uzaqdır. Yayım şirkəti olaraq biz etik və əxlaqi dəyərlərə sahib çıxırıq. Aktyorlarımızın və çəkiliş məkanımızda çəkilən hər kəsə hörmət qoyuruq. Tardu Flord və təhqir edildiyi deyilən işçimizlə, digər əməkdaşlarımızla söhbət edib, məsələ ilə bağlı dəqiq məlumat toplamağa çalışdıq. Bütün serial kollektivində olduğu kimi bizdə də arada narazıçılıqlar olur. Amma bu söyüşə, güclü davaya gəlib çıxmır".  

Tags:  Aktyorun işçini təhqir etməsinə şirkətdən cavab

RƏYLƏR


Top news