Neft 12 il əvvəlki qiymətinə düşdü

Neft 12 il əvvəlki qiymətinə düşdü
22:41 15 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Dünya bazarlarında neftin qiyməti ucuzlaşmaqda davam edir. ANS PRESS-in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 29 dollardan da aşağı - 28,90 dollara düşüb.

Bloomberg agentliyi xəbər verir ki, bu dəqiqəyə olan məlumata görə, “Texas” (WTI) markalı neftin qiyməti 29,19 dollardır. Brent markalı neftin qiyməti 2004-cü ilin fevralından bu yana ilk dəfə 29 dollardan aşağı düşüb.

Yanvarın 13-də isə Brent markalı neft 2004-cü ildən bəri ilk dəfə 30 dollardan aşağı düşmüşdü. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,43% ucuzlaşaraq 30,31 dollar təşkil etmişdi.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 3,2% azalaraq 29,99 dollaradək düşmüşdü.

Dünya bazarlarında neftin qiyməti 2015-ci ilin sonlarında düşməyə başlayıb. Analitiklər dünyanın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs”ın qiymətlərin 20 dollaradək ucuzlaşacağına dair proqnozlarını nəzərə alaraq bu barədə təxminlərində bir az ehtiyatlı davranırlar.

“IHS Global Insight”ın neft bazarları üzrə direktoru Spenser Velç deyib ki, neftin qiymətlərinin gündəlik və ya bir neçə günlük gedişatını qiymətləndirərək 20 dollar/barrel səviyyəsinə düşəcəyini demək olar: "Lakin qiymətin bu səviyyədə qalıb-qalmayacağı və ya nə qədər qalacağı barədə fikir bildirmək isə çox çətindir”.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369848

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR