Heydər Əliyev Fondu uşaqlar üçün “Şahdağ”da istirahət təşkil etdi

Heydər Əliyev Fondu uşaqlar üçün “Şahdağ”da istirahət təşkil etdi
22:39 15 Yanvar 2016
30 Sosial
Ölkə mətbuatı
A- A+

Valideyn himayəsindən məhrum uşaqların Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Şahdağ” Turizm Mərkəzində istirahəti təşkil edilib.

 

Fonddan Lent.az-a verilən məlumata görə, müxtəlif uşaq evlərində məskunlaşmış uşaq və yeniyetmələr paytaxtımızdan onlar üçün ayrılmış xüsusi avtobuslarla “Şahdağ” Turizm Kompleksinə yola düşüblər. Qafqaz dağlarına tibbi və təhlükəsizlik qaydaları çərçivəsində həyata keçirilən səfər zamanı Fond bütün uşaqları qış istirahəti üçün nəzərdə tutulmuş geyim və digər lazımi əşyalarla təmin edib.

 

“Şahdağ” Turizm Kompleksinə gələn uşaqların səmərəli istirahəti və asudə vaxtının təşkili üçün maraqlı proqram hazırlanıb. İkigünlük səyahət zamanı onlar kompleksin “Pik Palace Şahdağ” otelində yerləşdiriblər. Nəzarətçilərin və təlimatçıların rəhbərliyi ilə yaş qruplarına uyğun hazırlanmış proqram çərçivəsində uşaqları qış idman oyunları, animatorların iştirakı ilə əyləncələr, o cümlədən karaoke və müxtəlif müsabiqələr gözləyib.

 

Qeyd edək ki, Heydər Əliyev Fondu 2004-cü ildən “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində respublikada 30-dan çox uşaq evi və internat məktəbinin yenidənqurma və əsaslı təmirini həyata keçirib, ata-ana qayğısından məhrum uşaqlar üçün ailə mühitini əvəz edən yaşayış və məişət şəraiti yaradıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228906

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR