Təyyarələr toqquşdu, hərbçilər itkin düşdü

Təyyarələr toqquşdu, hərbçilər itkin düşdü
22:57 15 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

ABŞ Silahlı Qüvvələrinin iki təyyarəsi Havay adaları yaxınlığında toqquşub. 

Milli.Az anspress-ə istinadən xəbər verir ki, hadisə nəticəsində ölənlər və itkin düşənlər var.

Hazırda sahil mühafizəsi təyyarələrin qəzaya düşdüyü ərazidə sağ qalanların axtarışını aparır. Qəzanın səbəbi aydınlaşdırılır və həmçinin həlak olanlar haqqında informasiya verilmir. 

Havay adası Oaxu sahil mühafizəsi ABŞ Hərbi-Dəniz Qüvvələrlərinin iki ağır "CH - 53 Sea Stallion" nəqliyyat vertolyotunun qəza yerini axtarır. İlkin məlumatlara görə, onlar təxminən adanın şimal sahilindən 4 kilometrdə toqquşub. Təyyarələrdə 12 hərbçi olub.

SkyNews qeyd edib ki, baş verən hadisənin səbəbləri naməlumdur. İnformasiyaya görə, fövqəladə hadisə gecə təlim-məşq əməliyyatı zamanı olub. Hava şəraiti xilasedicilərin işini çətinliyə sala bilər. Sinoptiklər xəbərdarlıq edirlər ki, tezliklə qəza ərazisində dalğaların hündürlüyü qalxa bilərlər.

Analoji hadisə ötən ilin sonlarında Rusiyanın Xabarovsk hava limanında baş verib. Hadisə zamanı iki sərnişin təyyarəsi toqquşub. "Aeroflot" aviaşirkətinə məxsus Boeng 777 təyyarəsi eniş-uçuş zolağına daxil olarkən An- 26 təyyarəsi ilə toqquşub. İnsident zamanı heç kəs xəsarət almayıb. Moskvaya uçuş həyata keçirməli olan təyyarənin göyərtəsində 400 sərnişinin olduğu bildirilir. Digər layner isə yük daşımaları üçün nəzərdə tutulub.Sərnişinlərin hadisədən 2 saat sonra digər təyyarə ilə Moskvaya göndərildiyi açıqlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/398370.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR