Rusiyadan "müstəsna hal" icazəsi (FOTO)

Rusiyadan "müstəsna hal" icazəsi (FOTO)
23:11 15 Yanvar 2016
39 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya hökuməti Türkiyəyə tətbiq etdiyi sanksiyalar qərarında dəyişikliklər edir.

ANS PRESS-in məlumatına görə, Rusiya İqtisadi İnkişaf Nazirliyi bununla bağlı “müstəsna hallar”layihəsi hazırlayıb. Layihəyə əsasən embarqolara daxil edilən və Türkiyədən əldə olunan məhsul və xidmətlərin digər qaynaqlardan əldə olunması mümkün olmayacağı təqdirdə müəyyən Türk firmalarına ”xüsusi icazə” tətbiq edəcək.

Layihədə o, da bildirilir ki, Rusiyadakı dövlət strukturları iş birliyi qurmaq istədikləri Türk firmalarından əldə edəcəkləri məhsulun və ya xidmətin əvəzləyicisinin olmadığını komissiyaya sübut etməlidir. Nəzərdə tutulan mal və ya xidmət müqaviləsi iki ay əvvəldən təşkil edilən komissiyaya təqdim olunduqdan sonra həmin şirkətlər sanksiyalaradan kənarda qalacaq.

Rusiyada bir dollar 76 rubla çataraq öz rekod nəticəsini göstərməkdədir. Digər tərəfdən brent markalı neftin qiymətinin 30 dollara qədər enməsi ölkədə bir sıra iqtisadi çətinliklər yaradıb.

Ölkədəki iqtisadi vəziyyəti dəyərləndirən Rusiyanın Baş naziri Dmitri Medvedyev “ən pis ssenariyə belə hazır olmalıyıq” deyə bildirib.

Bir müddət əvvəl Rusiya kənd təsərrüfatı naziri Aleksandr Tkaçov Türkiyədən əldə edilən məhsulların bir qismini İrandan ixrac etməklə əvəz etməyin mümkünlüyü haqqında məlumat öz çıxışında bildirib.


Rusiyanın Kənd Təsərrüfatı naziri Aleksandr Tkaçov

O həmçinin bildirib ki, ötən ilin son 10 ayı ərzində Türkiyədən Rusiyaya ixrac edilən məhsulun dəyəri 1 milyard dollar təşkil edib ki, onun əsas hissəsini pomidor və sitrus meyvələri təşkil edib. 2014-cü ildə isə Türkiyədən 366 min ton tomat gətirilirdi ki, bunu da İrandan, Mərakeşdən, İsraildən, Azərbaycandan və Özbəkistandan gətirməklə əvəz etmək mümkündür.

Bir müddət əvvəl baş nazir Dmitri Medvedyev Rusiya ilə uzun müddətli müqavilələri olan 53 şirkətin Türkiyə vətəndaşlarını işə götürməyə icazə verdiyini açıqlayıb.

Başqırdıstan, Krım, Krasnodar, Kaluqa, Moskva, Samara və Tümen kimi şəhərlərdə fəaliyyət göstərən 53 şirkət Rusiyanın tətbiq etdiyi sanksiyalardan kənarda qalıb.


Rusiya Baş naziri-Dmitri Medvedyev

Rusiya baş naziri Dmitri Medvedyevin Türkiyəyə tətbiq edilən sanksiyalar haqqında sərəncamı imzalaması ilə 1 yanvar 2016-cı il tarixindən Rusiyadakı inşaat, otel, turizm və xidmət sektorunda türk şirkətlərinin fəaliyyət göstərməsi qadağan olunub.

Rusiya ilə Türkiyə arasında münasibətlərin gərginləşməsinə səbəb ötən ilin noyabr ayında Rusiyaya məxsus Su-24 təyyarəsinin Türkiyə-Suriya sərhədində Türkiyə tərəfindən vurulması olub. Bu hadisədən sonra Rusiya Türkiyəyə çoxsaylı sanksiyalar tətbiq edib. Bu sanksiyalarda Türkiyədən gətirilən kənd təsərrüfatı məhsulları əsas yer tutur.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369816

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR