Neftçalada icra baçısı ilə balıq alverçiləri arasında GƏRGİNLİK

Neftçalada icra baçısı ilə balıq alverçiləri arasında GƏRGİNLİK
23:14 15 Yanvar 2016
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Neftçalada balıq alverçiləri ilə icra başçısı İsmayıl Vəliyev arasında gərginlik yaranıb.

 

Qaynar.info-nun xəbərinə görə, bu barədə rayon sakinləri məlumat veriblər.

 

Belə ki, uzun illərdir Neftçalada balıq bazarı fəaliyyət göstərir. İsmayıl Vəliyev rayona icra başçısı təyin edildikdən sonra özü üçün ikinci balıq bazarını açdırıb.

 

Bu günlərdə isə köhnə balıq bazarında ticarətlə məşğul olan alverçilərə qarşı təzyiqlər başlayıb. Sakinlərin sözlərinə görə, İsmayıl Vəliyev balıq alverçilərini məcburi şəkildə öz bazarına gətirmək istəyir ki, onlardan gündəlik yer pulu yığsın.

 

Sakinlər iddia edirlər ki, alverçilərə polis vasitəsi ilə təzyiq edilir, onları həbs olunmaqla hədələyirlər.

 

Məlumata görə, bu gün balıq alverçiləri ilə İsmayıl Vəliyev arasında gərginlik artıb və onlar icra başçısına hücum ediblər.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228909

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR