"Bir ovuç brilyantımı apardılar" - Xatun

"Bir ovuç brilyantımı apardılar" -  Xatun
23:22 15 Yanvar 2016
112 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Xatun Əliyeva qonaq olduğu "Bizimləsən" verilişində 1,5 il əvvəl başına gələn oğurluq hadisəsini xatırlayıb. 

Axşam.az-ın məlumatına görə, sənətçi bir çox insanın bu hadisəyə inanmadığını, onu yalançı aldardığını deyib: 

"Allah heç kimin başına oğurluq hadisəsi gətirməsin. İl yarım bundan əvvəl şou-proqramdan çıxanda maşınımın ətrafında çoxlu adam gördüm. Avtomobilin şüşəsini sındırıb iki çantamı götürmüşdülər. Hərdən soruşurlar ki, hər şeyin orda idi? Bayram ərəfəsi idi, çoxlu verilişə gedirdim. Tez-tez dəyişmək üçün bütün qızılımı yanımda gəzdirirdim. Çalışırdım ki, bahalı çanta, eynək alım. Qəpik-qəpik yığıb qızıl almışdım. Bir ovuç brilyantımı apardılar. Qadınam, qızıl almışdım ki, harasa gedəndə mənim də üstümdə dəyərli nəsə olsun. İnsanlar buna inanmır ki, bu qədər qızıl oğurlanmaz. Mənim o qədər mal varlığım yoxdur, villada yaşamıram ki, çıxıb yalan danışım".

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44358

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR