Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Novella Cəfəroğlu 20 min manat cərimələnə bilər

Novella Cəfəroğlu 20 min manat cərimələnə bilər

Date: 15 January 2016 23:24

“Qoy, məhkəməyə versinlər”

Hüquq müdafiəçisi Novella Cəfəroğlu 20 min manat məbləğində cərimələnə bilər.

 

Bu barədə virtualaz.org-a N.Cəfəroğlu özü məlumat verib.

 

Dediyinə görə, Vergilər Nazirliyindən hüquq müdafiəçisinə irad tutublar ki, onun rəhbərlik etdiyi Qadınları Müdafiə Cəmiyyəti 2011-ci ildə qrant alarkən Ədliyyə Nazirliyindən qrantlarla bağlı müvafiq arayış almayıb.

 

N.Cəfəroğlu deyir ki, əslində onlar 2011-ci ildə o cür arayış verməyə məsul deyildilər. Çünki o vaxt qanunda bu barədə heç bir tələb yox idi və haqqında söhbət gedən maddə qanuna 2014-cü ildə salınıb.

 

N. Cəfəroğlu deyib ki, o, ödəniş etməyəcək: “Qoy, məhkəməyə versinlər”.

 


Tags:  Novella Cəfəroğlu 20 min manat cərimələnə bilər

RƏYLƏR


Top news