Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məhkəmə icraçısı ilə qadın arasında qalmaqal (FOTO)

Məhkəmə icraçısı ilə qadın arasında qalmaqal (FOTO)

Date: 15 January 2016 23:31

Gəncə şəhər sakini Sevinc Ələsgərova məmur özbaşnalığı ilə qarşılaşdığını iddia edir. Bu barədə ANS PRESS-ə şikayətində iki uşaq anası Sevinc Ələsgərova bildirib.

Onun sözlərinə görə, əvvəllər alimentini vaxtında alıb. Lakin uzun müddətdir ki, aliment alınmasında çətinliklə üzləşir. Şikayətçinin sözlərinə görə, o, bu barədə aidiyyatı qurumlara dəfələrlə şikayət etsə də Ələsgərovanın şikayətinə baxılmayıb.

"Son zamanlar yaşanan iqtisadi çətinliklər mühasib işləyən qadını lap çətin duruma salıb. Bir ildən çoxdur ki, alimentimi ala bilmirəm. İki uşaq böyütmək mənə çətinliklər yaradır. Məhkəmə icracısına bu barədə iyul ayında ərizə yazmışam. Amma mənim işimlə bağlı maraqlanmayıblar. Dəfələrlə zəng etsəm də, yenə faydası olmayıb. Bu gün işimlə maraqlanmaq üçün Bərdəyə idarəyə getdim. İşimlə məşğul olan məhkəmə icraçısı Cahangir Alıyev mənə həqarət etdi, əl qaldırdı, qolumdan tutub bayıra çıxartmağa çalışdı. Mən çıxmayıb sənədimi tələb edəndə “sənədini vermirəm, çıx çölə” qışqıraraq qoluma zərər yetirdi, məcburi çölə atdı məni”, - deyə şikayətçi bildirib.

Hadisə ilə bağlı Sevinc Ələsgərova polisə müraciət edib.


Sevinc Ələsgərova

Məsələ ilə bağlı qarşı tərəf, hadisədə adı hallanan Cahangir Alıyevlə danışdıq. Bərdə rayon məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları şöbəsinin baş leytinantı Cahangir Alıyev bu barədə bunları dedi:

“Bü gün bizim şöbəyə gəlib mənim otağımda sənədləri dağıtdı. Qışqırır, nalayiq şöyüşlərlə məni təhqir edir. Bu barədə polisə və prokrorluğa müraciət etmişəm. Ona dedim ki, məsələni həll edəcəyik. Oğlanı da çağırıb hər şeyi yoluna qoyarıq. 600 manat borcdan 400 manat ödətdirmişik, 200 manat qalıb. Şöbədə insanların qarşısında məni təhqir edir. İndiyədək heç kim belə hərəkət etməmişdi. Qışqıra-qışqıra stolumun üstünü pis vəziyyətə qoydu, sənədləri dağıtdı. Hamı onun səsinə yığışmışdı. Məmur üstünə bu formada gəlməzlər. Əlimdə çəkiliş də var, aktlaşdırıb aidiyyatı orqanlara yollamışam”.



Sevinc Ələsgərovanın xəsarət yetirilən qolu

Tags:  Məhkəmə icraçısı qadın arasında qalmaqal FOTO

RƏYLƏR


Top news