Eşq içkisinin RESEPTİ

Eşq içkisinin RESEPTİ
11:21 16 Yanvar 2016
608 Sosial
Ölkə mətbuatı
A- A+

Statistik araşdırmalar göstərir ki, 20-30 il əvvəlki dövrlərə nisbətən son illərdə cinsi zəiflik problemindən əziyyət çəkən insanların sayı ciddi şəkildə artır.

Ekspertlərin qənaətinə görə, bunun səbəbi əsasən düzgün olmayan həyat tərzi, xüsusilə, hərəkətsizlik, ekoloji problemlər, qida rasionunun orqanizmin ehtiyaclarına cavab verməməsi, əmək və istirahət rejiminin pozulması, zehni gərginlik və stresdir.
 
Bütün bunlar sağlamlığımızda ciddi problem yaradan əsas amillərdir, ancaq çox da narahat olmağa dəyməz. Belə ki, bu problemləri aradan qaldırmağın təbii üsulları var.
                                
Milli.Az publika.az-a istinadən təbii məhsullarla hazırlanan və fironların "Ehtiras" adlı cövhərinin hazırlanma qaydasını təqdim edir.
 
Ərzaqlar:
 
1 stəkan təzə çəkilmiş yerkökü suyu
2 ədəd çiy yumurta
2 xörək qaşığı çuğundur suyu
1 xörək qaşığı bal
10 damcı sarımsaq suyu
10 damcı soğan suyu
10 damcı spirt
Bir damcı qırmızı istiot
 
Hazırlanması:
 
Bütün bunlar şüşə bankada qaşıqla və ya mikserlə qarışdırılır, səhər yeməyindən bir saat əvvəl içilir. Bir ay müddətinə davam etdirilir və hər gün yenisi hazırlanır.
Fironların "Ehtiras" adlandırdıqları içki cinsi fəallığı və həvəsi artıraraq zəifliyi aradan qaldırır, prostat vəzi problemləri ilə qarşı mübarizə aparır, şəxsi həyata da inanılmaz yenilik gətirir.
 
Bundan başqa, bu içki bədəndəki infeksiyalara qarşı da ciddi mübarizə aparır, qan dövranını sürətləndirir, bədənin xəstəliklərə qarşı müqavimətini artırır, immunitet sistemini gücləndirir.
 
Qeyd: "Eşq içki"sini hazırlamamışdan və istifadə etməmişdən qabaq orqanizmin xüsusiyyətlərini və bu içkiyə uyğunluğunu öyrənmək üçün  həkimlə məsləhətləşmək vacibdir.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/398382.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR