Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Borussiya Dortmund" türk futbolçu ilə maraqlanır

"Borussiya Dortmund" türk futbolçu ilə maraqlanır

Date: 16 January 2016 00:17

"Maynts"ın futbolçusu Yunus Mallı "Borussiya Dortmund"un diqqət mərkəzinə düşüb.

Goal.az "Bild"ə istinadən xəbər verir ki, Dortmund klubu 23 yaşlı yarımmüdafiəçini 12 milyon avro qarşılığında heyətə cəlb etməyi planlaşdırır. "Borussiya"nın baş məşqçisi Tomas Tuxel Mallını "Maynts"da işlədiyi dönəmdən tanıyır. Bu transferin qışda baş tutması ehtimal edilmir. Çünki müqaviləyə əsasən türk futbolçunun buraxılış qiyməti yalnız yay transfer pəncərəsi zamanı aktivləşir. "Borussiya" fikrində israrlı olsa, Mallı üçün təklif etdiyi məbləği artırmalı olacaq. Onun xidmətlərində "Şalke" və "Tottenhem" klubları da maraqlıdır.

Milli.Az


Tags:  Borussiya Dortmund türk futbolçu maraqlanır

RƏYLƏR


Top news