Mövlud Çavuşoğlu: Türkiyə Dağlıq Qarabağ məsələsinə özünün problemi kimi yanaşır

00:18 16 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+


Qaziantep, 16 yanvar, AZƏRTAC 
Türkiyənin Qaziantep Universitetində keçirilən “Səkkizinci beynəlxalq səfirlər” konfransında iştirak edən xarici işlər naziri Mövlud Çavuşoğlu çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə toxunub. Azərbaycan torpaqlarının iyirmi faizinin təcavüzkar Ermənistan tərəfindən işğal altında saxlanıldığını diqqətə çatdıran nazir bildirib ki, Türkiyə hökuməti ATƏT-in Minsk Qrupu çərçivəsində qardaş Azərbaycana bu problemin ədalətli həlli üçün hər cür dəstəyini verməkdədir. M.Çavuşoğlu qeyd edib ki, Türkiyə Dağlıq Qarabağ məsələsinə özünün problemi kimi yanaşır.
Qeyd edək ki, konfransda Türkiyənin hökumət üzvləri, xarici ölkələrdəki səfirləri, bölgədəki vilayətlərin rəhbər şəxsləri, görkəmli alimlər, o cümlədən ölkə ictimaiyyətinin tanınmış simaları iştirak ediblər.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Qaziantep

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Movlud_CHavusoglu_Turkiye_Dagliq_Qarabag_meselesine_ozunun_problemi_kimi_yanasir-918989

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR