Türkiyənin "Mersin İdman Yurdu" klubunda nə baş verdiyi bəlli deyil.
ANS PRESS-in məlumatına görə, son günlər mersinlilər Türkiyə mətbuatının gündəmini zəbt edib.
Bülənt Qorxmazın gedişindən sonra "Mersin İdman Yurdu" Nurullah Sağlamı baş məşqçi postuna gətirsə də, çalışdırıcı iki gün sonra istefa verib.Təcrübəli çalışdırıcı komanda ilə cəmi 1 məşqə çıxıb. Sağlam bu cür komanda ilə uğur qazana bilməyəcəyini bildirib.
Nurullah Sağlam
Qeyd edək ki, bundan əvvəl Hakan Kutlu da eyni addımı atmışdı. Belə ki, Kutlu da baş məşqçi postuna gətirilsə də, o da Sağlam kimi komandanı 2 gün sonra tərk etmişdi.
Hakan Kutlu