Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Azərsun"dan Zahid Oruca cavab gəldi

"Azərsun"dan Zahid Oruca cavab gəldi

Date: 16 January 2016 00:36

“Azərsun Holdinq” millət vəkili Zahid Orucun bu gün qida sənayesi və ölkədəki qida inhisarçıları barədə verdiyi açıqlamaya münasibət bildirib.

“Azərsun Holdinq”in Mətbuat Xidmətindən qafqazinfo.az-a daxil olan məlumatı olduğu kimi təqdim edirik:

“Bu gün mətbuatda millət vəkili Zahid Oruc bəzi qrupların təşviqi ilə Azərbaycanın mövcud iqtisadi vəziyyətində birləşdirici deyil, dağıdıcı mövqe nümayiş etdirərək iftiralara başlayıb. Xaricə pomidor ixrac edən “Azərsun Holdinq”i, Çindən tomat konsentratı gətirməkdə ittiham edərək, gülünc mövqe sərgiləyib. Buna inanan və şübhəsi olan hər kəs Azərbaycana Çindən tomat pastası gətirilib-gətirilməməsi barədə Dövlət Gömrük Komitəsindən məlumat ala bilər. Şirkətin bu çətin dönəmdə Azərbaycan xalqı və dövlətinə necə dəstək ola biləcəyini, böhrandan çıxış yollarını araşdırdığı bir zamanda, millət vəkilinin bu ali statusa yaraşmayan iftiralara başlaması təəssüf doğurur.

Minlərlə çeşiddə məhsul istehsal edən, on minlərlə iş yeri yaradan, yüz minlərlə insanın məşğulluğuna şərait yaradan bir qurumun da fəaliyyəti göz önündədir, Zahid Orucun da fəaliyyəti və həyat yolu.

Zahid Oruca bundan artıq cavab verməyə lüzum görmürük”.

Xatırladaq ki, millət vəkili “Azersun”u sərt tənqid edərək qida sənayesində inhisarçı mövqedə olduğunu bildirmişdi:

“Adamlar hələ minnət də qoyurlar ki, on minlərlə insana istehsal mədəniyyəti, istehsal intizamı və s. gətiriblər. Sanki, "Azersun" olmasaydı Azərbaycan insanı burjuaziyanın nə olduğunu bilməycəkdi. "Azersun" düşünür ki, 10 min insanı Afrikadan, İrandan, ya da Türkiyədən gətirməli imişlər.

"Azersun" Çindən gətirilmiş hazır konsentratın üstündə biraz da emal prosesi həyata keçirib Azərbaycan xalqının mədəsinə "tomat"ı tökür. Bundan sonra bizim səhiyyə müəssisələrimizə, tibbi qurumlarımıza nə qədər xəstə müraciət edir”.

Qafqazinfo.az


Tags:  zahid oruc zahid oruc azersun azersun holdinq millet vekili

RƏYLƏR


Top news