Makiyajdakı 4 səhv - foto

Makiyajdakı 4 səhv -  foto
00:41 16 Yanvar 2016
103 Şou
Ölkə mətbuatı
A- A+

Xanımlar hər zaman özlərinki ilə peşəkar vizajistin etdiyi makiyaj arasında çox fərql olmasından şikayətlənirlər.

Axşam.az Rusiya mətbuatına istinadən makiyaj zamanı edilən 4 önəmli səhvi təqdim edir:

Qaşlar

Səhv: Çox tünd qələm seçmək və qaşları daha çox rəngləmək onları ağırlaşdırır. Eyni zamanda sifətinizə sərt ifadə verər.

Düzgün: Alt və üst hissəyə, tüklərin az olduğu yerə qələm çəkilməsi daha gözəldir. Beləcə daha ideal görünüşlü qaşlara sahib olarsınız.



Göz makiyajındakı yanlışlıq

Səhv:
Göz kölgəsindəki qəhvəyi rəng görünməyəndir. Alt kirpiklərin çox uzadılması isə baxışları sərtləşdirir.

Düzgün: Əsas amil - gözün ətrafına qələm çəkilməli, qara kölgə isə ancaq uc hissəyə vurulmalıdır.



Yanaqlar

Səhv:
Uzunsov formada çəkilmiş ənlik üzünüzü xəstəlikdən qızarmış kimi göstərəcək. Ən yaxşısı o hissəyə parıldadıcı çəkməkdir.

Düzgün: Almacıqlara yumru formada ənlik vurulması sizi daha sağlam göstərəcək.



Dodaqlar

Səhv:
Boya alt dodağın kənarına yayılarsa, səliqəsiz görünüş yaradacaq.

Düzgün: Boyanı üst dodağın kənarlarından azca yuxarı çək. Bu daha cazibədar görünüş verəcək.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44362

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR