Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyədə döyüşlər şiddətləndi: 11 ölü, 13 yaralı

Türkiyədə döyüşlər şiddətləndi: 11 ölü, 13 yaralı

Date: 16 January 2016 00:51

Türkiyənin Diyarbəkir bölgəsindəki Sur mahalında PKK üzvlərinin zərərsizləşdirilməsi üçün aparılan əməliyyatlar davam edir.

ANS PRESS-in məlumatına görə, terrorçular ilə təhlükəsizlik qüvvələri arasında şiddətli döyüşlər baş verib.

Komendant saatı rejiminin hökm sürdüyü Diyarbəkir bölgəsində PKK ilə döyüşlər davam etdiyi halda, qazılan xəndəklərin bağlanması, barrikadaların sökülməsi və terrorçuların zərərsizləşdirilməsi üçün aparılan əməliyyatlar davam etdirilir.

Son məlumatlara görə, döyüşlər zamanı Türkiyə əsgərlərindən 13-ü yaralanıb.



Ardıcıl partlayış səslərinin gəldiyi mahalda 13 əsgərin yaralandığı barədə məlumat var, 11 terrorçu isə öldürülüb. Yaralı əsgərlər hadisə yerinə çağırılan təcili yardım maşınları ilə Diyarbakır hərbi xəstəxanasına çatdırılıb.

Yaralı əsgərlərdən 2-sinin snayperlə vurulduğu bildirilir. Onlardan 1-nin vəziyyətinin ağır olduğu qeyd olunur.



Döyüşlərin davam etdiyi və silah ilə partlayış səslərinin əks-sədalandığı mahalda hava tüstülərə bürünüb. Mahalda 45 gündür davam edən əməliyyatlarda 13 əsgər şəhid olub, 112 əsgər isə yaralanıb. Baş qərargahın verdiyi, məlumata görə, 97 terrorçunun zərərsizləşdirildiyi bildirilir.


Diyarbəkir bölgəsİ xəritədə

Türkiyə baş naziri Əhməd Davudoğlu bundan əvvəl etdiyi çıxışlarda bölgənin terrorçulardan tam təmizləndiyi vaxta qədər Kürd Fəhlə Partiyasına qarşı əməliyyatların davam etdiriləcəyini vurğulayıb. Türkiyə höküməti ilə PKK arasında atəşkəs, həbsdə olan Abdullah Öcalanın çağırışından sonra yalnız 2 il davam edib.

Türkiyənin bu bölgəsində vəziyyət bu il iyulun 20-də Şanlıurfa vilayətinin Suruç rayonunda 33 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra gərginləşib. Terror aktından sonra ölkənin cənub-şərqində terrorçular polis və hərbçilərə qarşı hücumlar həyata keçirməyə başladı. Qanlı hücumların məsuliyyətini PKK öz üzərinə götürüb.


Tags:  Türkiyədə döyüşlər şiddətləndi 11 ölü 13 yaralı


RƏYLƏR


Top news