​Gürcüstanda "Qazprom"la əməkdaşlıq əleyhinə etiraz aksiyası keçirilib

​Gürcüstanda "Qazprom"la əməkdaşlıq əleyhinə etiraz aksiyası keçirilib
00:57 16 Yanvar 2016
33 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 yanvar. REPORT.AZ/ Gürcüstanın sabiq prezidenti, Odessanın qubernatoru Mixail Saakaşvilinin "Vahid Milli Hərəkat" partiyası Rusiyanın "Qazprom" şirkəti ilə əməkdaşlıq əleyhinə vəd olunan silsilə aksiyalardan birini keçirib.
"Report" xəbər verir ki, partiya üzvləri Kür çayının sahilində Energetika Nazirliyi binasının qarşısında toplaşıblar.
Piket zamanı asayiş keşikçiləri etirazçıların körpüdən anti-"Qazprom" plakat asmasına imkan verməyib. Nəticədə polislə aksiya iştirakçıları arasında qarşıdurma baş verib.
Aksiya iştirakçılarının əlində üzərində "Qazproma yox!" yazısının əks olunduğu transparantlar tutublar, həmçinin idarə əməkdaşlarını fitə basıblar.

Xəbərin orijinal ünvanı: http://report.az/region/gurcustanda-qazprom-la-emekdasliq-eleyhine-etiraz-aksiyasi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR