Zaqatalada “Audi” yandı

Zaqatalada “Audi” yandı
01:09 16 Yanvar 2016
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Zaqatalada minik avtomobili yanıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə yanvar ayının 15-i axşam saat 23:40 radələrində, F. Əmirov küçəsində qeydə alınıb.

 

Zaqatala rayon sakini, 1947-ci il təvəllüdlü İsrafil İsmayıl oğlu Əliyevə məxsus  “Audi” markalı 62 BG 010 markalı minik avtomobilində yanğın baş verib.

 

Hadisə yerinə Fövqaladə Hallar nazirliyinin (FHN) Zaqatala rayon dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları və içərisindəki sənədlər yanıb. Yaxınlıqdakı mağaza yanğından mühafizə olunub.

 

Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228916

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR