Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gədəbəydə 2 otaqlı ev yandı

Gədəbəydə 2 otaqlı ev yandı

Date: 16 January 2016 01:09

Gədəbəydə yanğın hadisəsi qeydə alınıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Gədəbəy rayonu, Yenikənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 84 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının tavanı 10 kv.m sahədə və evin içərisinə yığılmış 20 ton yemin 500 kq-ı yanıb.

 

Evin və yemin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Tags:  Gədəbəydə otaqlı ev yandı

RƏYLƏR


Top news