Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

BDU-nun qadın müəllimi faciəli şəkildə ölüb

BDU-nun qadın müəllimi faciəli şəkildə ölüb

Date: 16 January 2016 01:32

Bakı. 16 yanvar. REPORT.AZ/ Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakultəsinin Humanitar fakultələr üzrə rus dili kafedrasının baş müəllimi Tamara Xaspoladova faciəli şəkildə vəfat edib.
“Report”un xəbərinə görə, 75 yaşlı T.Xaspoladova mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirib və zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı vətəndaşın vəfat etdiyi müəyyən olunub.


Tags:  BDU-nun qadın müəllimi faciəli şəkildə ölüb

RƏYLƏR


Top news