Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Çavuşoğlu: “Azərbaycanın problemi Türkiyənin problemidir"

Çavuşoğlu: “Azərbaycanın problemi Türkiyənin problemidir"

Date: 16 January 2016 01:59

Qarabağ məsələsi həll olunmayınca Türkiyə-Ermənistan münasibətləri düzəlməyəcək.

 

APA-nın “Haberler.com”-a istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qaziantep Universitetində keçirilən VIII “Beynəlxalq Səfirlər” konfransında bildirib.

 

Türkiyənin qonşu dövlətlərlə münasibətləri barədə sualı cavablandıran M. Çavuşoğlu Ermənistanla münasibətlərin normallaşmadığını xatırladaraq, Azərbaycanın probleminin birbaşa Türkiyənin problemi olduğunu, Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etdiyini və Qarabağ problemi olduğu müddətdə bu münasibətlərin düzəlməyəcəyini bəyan edib.


Tags:  Çavuşoğlu Azərbaycanın problemi Türkiyənin problemidir


RƏYLƏR


Top news