Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyədən Ermənistana kəskin Qarabağ mesajı

Türkiyədən Ermənistana kəskin Qarabağ mesajı

Date: 16 January 2016 02:01

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qaziantep Universitetində keçirilən “Səkkizinci beynəlxalq səfirlər” konfransında çıxışı zamanı Ermənistana açıq şəkildə mesaj göndərib.

ANS PRESS-in məlumatına görə, nazir bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi davam etdikcə, Türkiyə-Ermənistan münasibətləri düzəlməyəcək.

"Azərbaycan torpaqlarının 20 faizi təcavüzkar Ermənistan tərəfindən işğal edilib. Türkiyə ATƏT-in Minsk qrupu çərçivəsində qardaş Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün hər cür dəstək verir. Türkiyə Dağlıq Qarabağ məsələsinə özünün problemi kimi yanaşır", - deyə Çavuşoğlu bildirib.

Bundan əvvəl isə Türkiyə baş naziri Əhməd Davudoğlu bəyan etmişdi ki, Türkiyə Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi üçün əlindən gələni edəcək.

"Qardaş Azərbaycan ilə tarixi münasibətlərimizi, Qafqaz geosiyasətinə, hər iki ölkənin marağına uyğun şəkildə davam etdirəcəyik. Dağlıq Qarabağ başda olmaqla Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün əlimizdən gələni edəcəyik", deyə Davudoğlu bildirib.


Əhməd Davudoğlu - Türkiyə baş naziri

1980-cı illərin sonunda və 1990-cı illərin əvvəlində Dağlıq Qarabağda baş verən etnik qarşıdurmalar və Ermənistanın Dağlıq Qarabağ Muxtar Vilayətini özünə birləşdirmə tələbləri Ermənistanla Azərbaycan arasında müharibəyə səbəb olur.

Ermənistan ordusu DQMV-ni və ona qonşu 7 rayonu (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) işğal edir. 1994-cü ildə Bişkekdə atəşkəs sazişi imzalanır. Dağlıq Qarabağda separatçı rejim 1991-ci ildə müstəqillik elan edir.

Heç bir beynəlxalq qanunun hüquqi tələblərinə cavab verməyən bu "müstəqillik" indiyə kimi haqlı olaraq dünyada heç bir ölkə tərəfindən tanınmayıb.

Tags:  Türkiyədən Ermənistana kəskin Qarabağ mesajı



RƏYLƏR


Top news