Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Afrikada otelə silahlı hücum olub, insanlar girov götürülüb

​Afrikada otelə silahlı hücum olub, insanlar girov götürülüb

Date: 16 January 2016 03:02

Bakı. 16 yanvar. REPORT.AZ/ Qərbi Afrikada yerləşən Burkina-Fasonun paytaxtı Uaqaduqu şəhərində "Splendid" mehmanxanasına silahlı hücum olub.
"Report" BBC-yə istinadən xəbər verir ki, otel paytaxtın işgüzar dairəsində yerləşir.
Şahidlərin sözlərinə görə, yaraqlılar otel qarşısındakı maşınları yandırıblar, həmçinin hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə gəlincəyədək havaya atəş açıblar.
"Reuters"in məlumatına görə, mehmanxana qarşısında şiddətli atışma baş verib. Otelin beynəlxalq aeroport yaxınlığında yerləşdiyi bildirilir. Mənbələrdən daxil olan məlumata görə, otelə təqribən 3-4 yaraqlı hücum edib.
Terrorçuların oteldə insanları girov götürdüyü də məlumat verilir.


Tags:  Afrikada otelə silahlı hücum olub insanlar girov götürülüb

RƏYLƏR


Top news