Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiyanın hərbi gəmisi yenidən Türkiyə boğazında (VİDEO)

Rusiyanın hərbi gəmisi yenidən Türkiyə boğazında (VİDEO)

Date: 16 January 2016 03:36

Rusiya Federasiyanın Hərbi Dəniz Donanmasına aid hərbi gəmi Çanaqqala (Dardanel) boğazından keçərək Türkiyənin Mərmərə dənizinə daxil olub. ANS PRESS-in məlumatına görə, ötən gün Egey dənizindən boğaza daxil olan 127 saylı “Minsk” gəmisi yerli vaxtla 14.50-də (Bakı vaxtıyla 16.50) Çanaqqala şəhəri sahillərinə çatıb. Burdan Mərmərə dənizinə doğru hərəkət edən hərbi gəmini yerli sahil təhlükəsizlik qüvvələri də müşayiət edib. Gəminin gedəcəyi liman barədə isə məlumat verilməyib.



Noyabrın 24-də Türkiyə hərbi aviasiyasına aid “F-16” qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiyanın “SU-24” hərbi qırıcısını vurub. Rusiya təyyarəsinin Türkiyənin hava sərhəddini pozduğu bildirilir. Qarşı tərəfə 30 saniyəlik intervalla 10 dəfə xəbərdarlıq olunmasına baxmayaraq “SU-24”ün pilotu bunlara məhəl qoymayıb. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb. Hər iki ölkənin prezidenti və dövlət rəsmiləri hadisədən sonra bir-birlərinə qarşı kəskin ittihamlarla çıxış edib.


Türkiyənin bütün dünya ilə paylaşdığı xəritə

Hadisənin baş verməsindən sonra Türkiyə tərəfi hadisənin kordinatlarını göstərən xəritəni NATO-ya üzv olan ölkələrlə və bütün dünya ilə paylaşıb. Rəsmi Moskva “SU-24” təyyarəsinin Suriya ərazisində vurulduğunu idda edərək bu barədə dəlliləri olduğunu desə də bu barədə hələlik konkret heç bir şey göstərə bilməyib.


Rusiyanın cənub dənizlərinə çıxışını təmin edən Bosfor və Dardanel boğazı

Noyabrın 29-da Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə sanksiyalar tətbiq olunması barədə qərarından sonra Rusiyanın cənub dənizlərinə çıxışı olan Türkiyə boğazlarının bağlanması məsələsi gündəmə gəlmişdi. “Montre boğazlar konvensiyası”na görə Rusiyanın 2023-cü ilə qədər Bosfor və Dardanel boğazlarından istifadə hüququ olsa da, müharibə və ya müharibə təhlükəsi zamanı Türkiyə bu boğazlardan istədiyi kimi istifadə statusuna malikdir.

Həmçinin oxuyun:

Türkiyə rus təyyarəsini vurdu (VİDEO, FOTO,YENİLƏNİB)

Rusiyaya daha bir zərbə, helikopter vuruldu (FOTO, VİDEO)

Putin: "Bu arxadan vurulan zərbədir"

Rusların vurulan təyyarəsi ilə bağlı Kremldən ilk reaksiya

Vurulan Rusiya təyyarəsi ilə bağlı ən son xəbər (VİDEO)

Tags:  Rusiyanın hərbi gəmisi yenidən Türkiyə boğazında VİDEO


RƏYLƏR


Top news