“Əl-Qaidə” hotelə hücum edərək 20 nəfəri qətlə yetirdi

“Əl-Qaidə” hotelə hücum edərək 20 nəfəri qətlə yetirdi
04:54 16 Yanvar 2016
49 Dünya
Ölkə mətbuatı
A- A+

Burkina-Fasonun paytaxtı Uaqaduqu şəhərində silahlıların hotelə hücumu nəticəsində 20 nəfər ölüb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə paytaxt xəstəxanasının baş həkimi Rober Sanqare bildirib.

 

“Ölənlərin sayı barədə dəqiq məlumat yoxdur, lakin şahidlər azı 20 nəfərin öldüyünü bildirirlər. Xəstəxanamıza indiyədək 15-dən çox yaralı daxil olub”, deyə R.Sanqare qeyd edib.

 

Burkina-Fasonun xarici işlər naziri Alfa Barri insident zamanı ölənlərin olduğunu təsdiqləyib. Onun sözlərinə görə, ölənlərin və girov götürülənlərin vətəndaşlığı hələ müəyyən edilməyib.

 

Yanvarın 15-də naməlum silahlılar Burkina- Fasonun paytaxtındakı “Splendid” hotelinə hücum edib.

 

Hücuma görə məsuliyyəti “İslam Maqrib dövlətlərində Əl-Qaidə Təşkilatı” öz üzərinə götürüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228924

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR