Neftin və dolların bu günə qiyməti

Neftin və dolların bu günə qiyməti
05:56 16 Yanvar 2016
170 Digər
Ölkə mətbuatı
A- A+

Dünya bazarlarında neftin qiymətində düşmə müşahidə olunur.

ANS PRESS-in məlumatına görə, dünən 30.58 dollar olan “Brent” markalı neftin qiyməti ucuzlaşaraq, 28.94 dollar olub.

“Texas” markalı neftin qiyməti də ucuzlaşıb. Belə ki, ötən gün səhər 30.64 dollar olan “Texas” (WTI) markalı neftin bir barelinin qiyməti müxtəlif dalğalanmalardan sonra 29.42 dollarda qərarlaşıb.


Mənbə: Bloomberg

“AzəriLayt” markalı neft isə bir barelin qiyməti 31,54 dollar təşkil edib.

Qızılın qiymətində cüzi bahalaşma müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qiymətli metalın 1 qramı 35,07 dollardır. Platinin 1 qramı 26.66 dollar, Palladiumun 1 qramı isə 15.90 dollardır. Gümüşün qiyməti cüzi ucuzlaşma ilə 1 qram üçün 0.44 dollar müəyyənləşib.


Mənbə: Bloomberg

Yanvarın 15-nə AMB-nin USD/AZN rəsmi məzənnəsi 1,5706 səviyyəsində olub. Euronun məzənnəsində də cüzi ucuzlaşma qeydə alınıb. Euro 1.7097 manat, Rusiya rublu isə cüzi bahalaşma ilə 0.0206 manata yüksəli. Həmçinin 1 ingilis funt-sterlinqinin qiyməti 2.2628 AZN, 1 türk lirəsinin qiyməti isə 0.5182 AZN müəyyənləşib.

AMB-dən verilən məlumata görə, Mərkəzi Bankın 18.01.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi stabil qalaraq 1,5870 səviyyəsində müəyyən olunub.


Mənbə: Azərbaycan Mərkəzi Bankı

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369859

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR