Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Dağlıq Qarabağ münaqişəsi davam etdikcə Türkiyə-Ermənistan münasibətləri düzəlməyəcək"

"Dağlıq Qarabağ münaqişəsi davam etdikcə Türkiyə-Ermənistan münasibətləri düzəlməyəcək"

"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo vəziyyəti daha da ağırlaşdıran siyasi seçimdir" (24 Mart 2017 11:05)
Senatın sədri: "BMT TŞ-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələri icra olunmalıdır" (16 Mart 2017 14:12)
Dağlıq Qarabağ yaddan çıxdı: Moskvadan Bakını QƏZƏBLƏNDİRƏCƏK BƏYANAT (16 Mart 2017 13:38)

Tarix: 16 Yanvar 2016 07:22

Dağlıq Qarabağ münaqişəsi davam etdikcə Türkiyə-Ermənistan münasibətləri düzəlməyəcək.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qaziantep Universitetində keçirilən "Səkkizinci beynəlxalq səfirlər" konfransında çıxışında deyib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə toxunan M.Çavuşoğlu Azərbaycan torpaqlarının 20 faizinin təcavüzkar Ermənistan tərəfindən işğal altında saxlanıldığını, Türkiyə hökumətinin ATƏT-in Minsk qrupu çərçivəsində qardaş Azərbaycana bu münaqişənin ədalətli həlli üçün hər cür dəstək verdiyini bildirib.

Nazir vurğulayıb ki, Türkiyə Dağlıq Qarabağ məsələsinə özünün problemi kimi yanaşır.

M.Çavuşoğlu Türkiyə-Ermənistan əlaqələrinin normallaşmadığını xatırladaraq, Dağlıq Qarabağ münaqişəsi davam etdikcə bu münasibətlərin düzəlməyəcəyini bildirib.

Milli.Az


Teqlər:  Dağlıq Qarabağ münaqişəsi davam etdikcə Türkiyə-Ermənistan münasibətləri düzəlməyəcək



RƏYLƏR


Top xəbərlər