Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Zaqatalada avtomobil yanıb - FOTO

Zaqatalada avtomobil yanıb - FOTO

Date: 16 January 2016 07:42

Zaqatalada minik avtomobili yanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə yanvar ayının 15-i axşam saat 23:40 radələrində, F. Əmirov küçəsində qeydə alınıb.
 
Zaqatala rayon sakini, 1947-ci il təvəllüdlü İsrafil İsmayıl oğlu Əliyevə məxsus  "Audi" markalı 62 BG 010 markalı minik avtomobilində yanğın baş verib.
 
Hadisə yerinə Fövqaladə Hallar nazirliyinin (FHN) Zaqatala rayon dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları və içərisindəki sənədlər yanıb. Yaxınlıqdakı mağaza yanğından mühafizə olunub.
 
Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.

Milli.Az





Tags:  Zaqatalada avtomobil yanıb FOTO

RƏYLƏR


Top news