Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda ağır yol qəzası baş verib, 4 nəfər xəsarət alıb

Bakıda ağır yol qəzası baş verib, 4 nəfər xəsarət alıb

Date: 16 January 2016 07:52

Bu gecə Bakıda ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.
 
Hadisə Sabunçu rayonu ərazisində, Kürdəxanı qəsəbəsindən keçən yolda baş verib. Kürdəxanı qəsəbəsindən şəhər istiqamətində hərəkətdə olan "BMW" markalı avtomobillə qəsəbə istiqamətində hərəkət edən "QAZ 3110" markalı avtomobil toqquşub.
 
Hadisə nəticəsində BMW-də üç, "QAZ-3110"da isə 1 nəfər olmaqla, ümumilikdə 4 nəfər xəsarət alıb. Yaralılar - 32 yaşlı Eşqin Mirzəyev, 22 yaşlı Hacıqulu Quluyev, 44 yaşlı Rafiq Ağarzayev və Tural Hüseynov təcili tibbi yardım avtomobilləri ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar. İlkin müayinə zamanı onların hamısında qapalı kəllə-beyin travması müəyyən edilib. Yaralıların vəziyyəti ağırdır.
 
Qəza baş verdikdən sonra hadisə yerinə polis əməkdaşları da gəlib. İlkin ehtimala görə, hadisəyə yolun işıqsız olması və yüksək sürət səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Milli.Az








Tags:  Bakıda ağır yol qəzası baş verib nəfər xəsarət alıb

RƏYLƏR


Top news