Naxçıvan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinə yeni vəzifə verilib

Naxçıvan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinə yeni vəzifə verilib
07:57 16 Yanvar 2016
48 Digər
Ölkə mətbuatı
A- A+

Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Fazil Ələkbərov Naxçıvan Muxtar Respublikasının Karate-do Federasiyasının sədri olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu yanvarın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində "Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr" mövzusunda keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri Vasif Talıbov bildirib.
 
Ali Məclisin Sədri deyib ki, ötən müddətdə Naxçıvan Muxtar Respublikasının Karate-do Federasiyası öz fəaliyyətini qura bilməyib və ona görə də Karate-do Federasiyasının fəaliyyətində dönüş yaradılması üçün Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Fazil Ələkbərov federasiyanın yeni sədri təqdim olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/398398.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR