Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiyanın hərbi gəmisi yenidən Türkiyə boğazında

Rusiyanın hərbi gəmisi yenidən Türkiyə boğazında

Date: 16 January 2016 08:32

Rusiya Federasiyanın Hərbi Dəniz Donanmasına aid hərbi gəmi Çanaqqala (Dardanel) boğazından keçərək Türkiyənin Mərmərə dənizinə daxil olub. Milli.Az anspress-ə istinadən xəbər verir ki, ötən gün Egey dənizindən boğaza daxil olan 127 saylı "Minsk" gəmisi yerli vaxtla 14.50-də (Bakı vaxtıyla 16.50) Çanaqqala şəhəri sahillərinə çatıb. Burdan Mərmərə dənizinə doğru hərəkət edən hərbi gəmini yerli sahil təhlükəsizlik qüvvələri də müşayiət edib. Gəminin gedəcəyi liman barədə isə məlumat verilməyib. 

Noyabrın 24-də Türkiyə hərbi aviasiyasına aid "F-16" qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiyanın "SU-24" hərbi qırıcısını vurub. Rusiya təyyarəsinin Türkiyənin hava sərhəddini pozduğu bildirilir. Qarşı tərəfə 30 saniyəlik intervalla 10 dəfə xəbərdarlıq olunmasına baxmayaraq "SU-24"ün pilotu bunlara məhəl qoymayıb. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb. Hər iki ölkənin prezidenti və dövlət rəsmiləri hadisədən sonra bir-birlərinə qarşı kəskin ittihamlarla çıxış edib.

Hadisənin baş verməsindən sonra Türkiyə tərəfi hadisənin kordinatlarını göstərən xəritəni NATO-ya üzv olan ölkələrlə və bütün dünya ilə paylaşıb. Rəsmi Moskva "SU-24" təyyarəsinin Suriya ərazisində vurulduğunu idda edərək bu barədə dəlliləri olduğunu desə də bu barədə hələlik konkret heç bir şey göstərə bilməyib.

Noyabrın 29-da Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə sanksiyalar tətbiq olunması barədə qərarından sonra Rusiyanın cənub dənizlərinə çıxışı olan Türkiyə boğazlarının bağlanması məsələsi gündəmə gəlmişdi. "Montre boğazlar konvensiyası"na görə Rusiyanın 2023-cü ilə qədər Bosfor və Dardanel boğazlarından istifadə hüququ olsa da, müharibə və ya müharibə təhlükəsi zamanı Türkiyə bu boğazlardan istədiyi kimi istifadə statusuna malikdir.

Milli.Az


Tags:  Rusiyanın hərbi gəmisi yenidən Türkiyə boğazında

RƏYLƏR


Top news