Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Keçmiş arvadını yandıran tutuldu - VİDEO - FOTO

Keçmiş arvadını yandıran tutuldu - VİDEO - FOTO

Date: 16 January 2016 08:32

Bir neçə gün əvvəl Rusiyanın paytaxtı Moskvada keçmiş arvadını yandıran kişi tutulub. 

Milli.Az anspress-ə istinadən xəbər verir ki, kişi keçmiş həyat yoldaşının uşaqlarını ona vermədiyindən bu yola əl atdığını bildirib.

Paytaxt polisi 42 yaşlı kişiyə qarşı cinayət işi qaldırıb. Hadisə yanvarın 12-də Moskvanın Butova rayonu ərazisində yaşayış binasının qarşısında baş verib.

Hadisə anı

Zərər çəkmişin qonşuları polisə, 36 yaşlı Elvira K. rəfiqəsiylə birlikdə evə qayıtdığı zaman ona blokda sabiq əri tərəfdən hücum olunduğunu bildirib. Qonşular həmçinin hadisənin qısqanclıq zəminində baş verdiyini ehtimal edir. Alov bürüyən qadına ilk olaraq qonşu və yaxınlıqda olan taksi sürücüləri köməyə gəlib. Onların birgə səyləri nəticəsində alovu söndürmək mümkün olub. Müxtəlif dərəcəli ağır yanıqlar alan zərər çəkmiş xəstəxanaya yerləşdirilib. Hazırda qadının vəziyyəti ağır olaraq qalır. Onun süni nəfəs aparatına qoşulduğu bildirilir.

Anoloji hadisə keçən il mart ayında Rusiyanın Volqoqrad vilayətində baş verib. Toy gecəsi öz həyat yoldaşını yandıran 31 yaşlı İvan Kuzmini 13 il azadlıqdan məhrum edilib. Məhkəmədə İvan özünü günahkar hesab etməyərək gənc həyat yoldaşını qorxutmaq istədiyini bildirib.

İvan Kuzmin qısqanclıq zəminində spirt ilə gənc həyat yoldaşını yandırıb. Buna səbəb Veronika Filippovanın ərinə toy gecəsi sevgilisi ilə onu aldatdığını etiraf etməsi olub. Qadın bədəninin 80 faiz yanıb və xəstəxanaya çatdırılıb. Bir neçə saat həkimlər onun həyatı üçün mübarizə aparsa da onu xilas etmək mümkün olmayıb.

Milli.Az


Tags:  Keçmiş arvadını yandıran tutuldu VİDEO FOTO

RƏYLƏR


Top news