Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyənin cazibədar modeli oğurluqda ittiham olunur (FOTO)

Türkiyənin cazibədar modeli oğurluqda ittiham olunur (FOTO)

Date: 16 January 2016 08:36

Yaşadığı qalmaqallı sevgi macərələri ilə gündəmdə olan türkiyəli model, cazibədar müğənni Ebru Şançı bu dəfə diqqət mərkəzinə oğurluq hadisəsiylə düşüb.

ANS PRESS-in məlumatına görə, Türkiyənin cazibədar modellərindən biri olan Ebru Şancı oğurluqda ittiham olunur.

Artıq mankenin məhkəməsi başlayıb. Günahı subut olunacağı təqdirdə manikeni üç illik həbs cəzası gözləyir. Oğurluq hadisəsi 2013-cü mayın 24-də Kuruçeşmedə gecə klubunda baş verib. Şancı ilə birikldə gecə klubunda olan dostu Gokhan Beder tualetə gedib qayıdandan sonra masanın üstünə qoyduğu telefonunu tapa bilməyib. Bundan sonra o, polis idarəsinə gedərək şikayət edib. Türkiyənin Telekomnukasiya Nazirliyinin yoxlamasından sonra telefona Ebru Şancıya məxsus sim kartın taxılaraq 26 may-15 avqust tarixlərində işlədildiyi məlum olub. Bundan sonra Gokhan Beder şikayətini geri götürsə də Ebru Şancı ilə bağlı ittiham ləğv olunmayıb.


Ebru Şancı

Ebru Şancı istintaqa ifadəsində: "O, gecə Gokhan Bederi evinə apardım. Bir saat sonra başqa bir nömrədən zəng edərək telefonunun itdiyini bildirdi. Maşınımı axtardım, amma tapa bilmədim. Bir gün sonra Amerikaya getdim, 20 gündən sonra döndüm. Həmin vaxt mşımını qardaşım Erhan Şancı sürürdü. Mənə "Bu telefonu maşında tapdım, şifrəsini qırıb işlətdim. Sənin olduğunu düşündüm" deyə bildirib.


Ebru və Alpaslan Ozturk

Ebru Şancı məşhur kişi jurnalı hesab edilən "Playboy" üçün çılpaq və yarıçılpaq obraz yaradaraq diqqət mərkəzinə düşüb. "Playboy" dərgisinin çəkilişlərinə qatılan 33 yaşlı model bununla fəxr etdiyini bildirmişdi. “Qardaşımın belə adətləri yoxdu, amma məsuliyyətsizdi. Telefonun xərcini də ödədim. Oğurluq ittihamını qəbul etmirəm",- deyə manikin qeyd edib.

Qeyd edək ki, Ebru Şancı Belçikanın "Standard" klubundan "Eskişəhərspor"a icarəyə verilən Türk futbolçu Alpaslan Ozturklə evlidir.

Tags:  Türkiyənin cazibədar modeli oğurluqda ittiham olunur FOTO

RƏYLƏR


Top news