Rus nazir Almaniyaya buraxılmadı (FOTO)

Rus nazir Almaniyaya buraxılmadı (FOTO)
08:41 16 Yanvar 2016
16 Digər
Ölkə mətbuatı
A- A+

Almaniya tərəfi Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçevə viza verməkdən imtina edib.

ANS PRESS-in məlumatına görə, bu səbəbdən nazir Berlində keçiriləcək “Yaşıl həftə” sərgisində iştirak etməyəcək.

Aleksandr Tkaçevin adı Avropa Birliyinin sanksiyalar siyahısında olduğundan ona viza verilməyib. Avropa Birliyi ötən ilin dekabrında Rusiya və Krımın 150 fiziki şəxs və şirkətlərinin sanksiya vaxtını daha 6 ay uzadıb. Rusiya biznesmenlərinə, deputatlarına və senatorlarına qarşı tətbiq edilmiş sanksiyalar sentyabrın 15-də bitməli idi, lakin ayın əvvəlindən Avropa Birliyi sanksiyaların müddətini daha altı ay uzadaraq, vaxı 2016-ci ilin mart ayında qoyub.


Aleksandr Tkaçev

Sanksiya tətbiq olunan siyahıda həmçinin milyaderlər Arkadi Rotenberq və Yuri Kovalçuk, biznesmenlərdən Konstantin Malofeyev və Nikolay Şamalov, eləcə də, deputatlardan Serqey Şeleznyak, Serqey Mironov, Leonid Slutski və başqaları yer alır.Qara siyahıya şirkətlərlə yanaşı məmurlar da düşüb.Söhbət viza qadağası və bank hesablarının dondurulmasından gedir.



Rusiyaya qarşı tədbiq olunan sanksiyalar, onun Minsk razılaşmasına riayət etməyənə qədər davam edəcəyi deyilir. Razılaşmaya görə, Rusiya Ukraynaya qarşı atəşi dayandırmalıdır. ABŞ və Avropa Birliyi ötən ilin martında Krımın ilhaqı və Ukraynanın şərqindəki münaqişəyə görə Rusiyaya qarşı bir sıra iqtisadi sanksiyalar tətbiq edib.


Ukrayna Rusiya sərhədi xəritədə

Qərb həmçinin Rusiyanı Ukraynanın şərqində separatçılara silah və hərbi personal göndərməkdə ittiham edir. 2014-cü ilin aprel ayından başlayan münaqişə nəticəsində təxminən 9 mindən çox insan həyatını itirib. Rusiya bu iddiaları rədd edir.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369852

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR