Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Küçədə atışma nəticəsində azyaşlı uşaq ölüb

Küçədə atışma nəticəsində azyaşlı uşaq ölüb

Date: 16 January 2016 08:42

ABŞ-ın Ohayo ştatında baş verən atışma nəticəsində 1 yaşlı uşaq dünyasını dəyişib.

APA-nın "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata görə, faciəvi hadisə Deyton şəhərində qeydə alınıb.
 
İlkin məlumata əsasən, avtomobildə olan naməlum şəxslər küçədə 2 nəfəri atəşə tutublar. İlkin ehtimala görə, yaralanaraq xəstəxanaya çatdırılan kişi və qadın azyaşlı uşağın valideynləridir.  İnsident zamanı böyüklərin yanında olan azyaşlı hadisə yerində dünyasını dəyişib.
 
Hadisənin digər təfərrüatları barədə hələ ki, məlumat verilmir.

Milli.Az


Tags:  Küçədə atışma nəticəsində azyaşlı uşaq ölüb

RƏYLƏR


Top news