Neft ölkəsində benzin bahalaşdı

Neft ölkəsində benzin bahalaşdı
08:42 16 Yanvar 2016
81 Dünya
Ölkə mətbuatı
A- A+

Daha bir ərəb ölkəsi benzini bahalaşdırdı. Milli.Az anspress-ə istinadən xəbər verir ki, neft qiymətinin intensiv düşməsi səbəbindən Qətərdə benzinin qiyməti qaldırılıb. 

Ölkənin rəsmi "QNA" agentliyinin məlumatına görə, "Qətər Yanacaq Şirkəti" super benzinin 1 litrinin qiymətini 1 riyaldan 1.30 riyala (0.35 dollar), normal benzinin qiymətini 0.85 riyaldan 1.15 riyala (0.31 dollar) qaldırıb. 

Bu həftənin əvəlində Bəhreyndə də benzinin qiyməti 50 faizdən bir az çox bahalaşmışdı. 

Ötən ilin dekabr ayında isə Səudiyyə Ərəbistanında daxili bazarda benzin 50-60 faiz, dizel 80 faiz bahalaşmışdı.

Büdcəsinin əsas hissəsini neft hasilatından əldə edən milyardlar səltənətində benzinin bahalaşmasının səbəbi dünya birjalarında neftin ucuzlaşmasıdır.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/398411.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR