Quru və çatlamış dodaqlara paket çayla qulluq

Quru və çatlamış dodaqlara paket çayla qulluq
08:52 16 Yanvar 2016
59 Sosial
Ölkə mətbuatı
A- A+

Soyuq hava dodaqların quruyub çatlamasına səbəb olur.

Çatlara qarşı ən yaxşı vasitənin vazelin olduğu deyilsə də, bir çox xanım həm qoxusu, həm də həddən artıq yağlılıq hissi verdiyi üçün vazelinə müraciət etməkdən çəkinir. Məşhur brendlərin istehsal etdikləri dodaq balzamları isə baha olmaqla yanaşı, çatlara qarşı təsirli deyil. Milli.Az bildirir ki, dodaqlarının çatlamasından əziyyət çəkənlər publika.az-ın təqdim etdiyi üsulu sınaqdan keçirə bilər.
 
Çatlardan xilas olmaq üçün sadəcə 1 ədəd paket çaya (yaşıl və ya qara çay ola bilər) və bir fincan isti suya ehtiyacınız var. Paket çayı qaynar suda 2-3 dəqiqə saxlayın. Daha sonra sudan çıxarıb dodaqlarınızın üstünə qoyun. 5-10 dəqiqə qalması kifayət edəcək.
 
Paket çay ölü dəriləri təmizləməklə yanaşı, yeni hüceyrələrin yaranmasını da sürətləndirir. Bu üsulu həftədə iki dəfə tətbiq etsəniz, dodaqlarınız daim hamar və yumşaq qalacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/398384.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR