Neftin çökdürdüyü ölkəni 60 günə dirçəltmək istəyir

Neftin çökdürdüyü ölkəni 60 günə dirçəltmək istəyir
09:27 16 Yanvar 2016
43 Digər
Ölkə mətbuatı
A- A+

Venesuela prezidenti Nikolas Maduro bütün ölkə ərazisində 60 gün müddətinə fövqəladə iqtisadi vəziyyət elan edib.

Milli.Az Modern.az-a istinadən bildirir ki, bununla bağlı prezident fərmanı Venesuela televiziyasından elan edilib.

Maduro ölkə parlamentindən yerli iqtisadiyyatın xilası üçün dəqiq fövqəladə tədbirlər planını təsdiqləməyi xahiş edib.

"Biz fövqəladə planı aktivləşdirmək və iqtisadiyyatımızı yenidən qurmaq niyyətindəyik", - deyə o bildirib.

Madura bundan əvvəl 90 faizdən çox neft gəlirlərindən asılı olan Venesuela iqtisadiyyatında istehsalın artırılması üzrə tədbirlər planı təqdim edəcəyini bildirmişdi. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/398418.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR