DÇ-2018 Rusiyada keçirilməyə bilər

DÇ-2018 Rusiyada keçirilməyə bilər
10:12 16 Yanvar 2016
27 İdman
Ölkə mətbuatı
A- A+

2018-ci ildə futbol üzrə Dünya Çempionatı Rusiyada keçirilməyə bilər.

FİFA prezidentliyinə namizəd, şeyx Salman İbrahim əl-Xəlifə bu vəzifəyə seçildiyi halda Rusiyanı idman turnirindən məhrum edə bilər.

Milli.Az aut.az-a istinadən xəbər verir ki, insayderlərin məlumatına görə, 2022-ci ildə Qətərdə baş tutması planlaşdırılan Dünya Çempionatı da başqa ölkədə keçirilə bilər.

Gazeta.ru qeyd edir ki, bu, həmin ölkələrin ev sahibi seçilməsi zamanı qayda pozuntularına yol verilməsi aşkarlandığı təqdirdə baş verəcək.

Qeyd edək ki, müvafiq yoxlamanı İsveçrə prokurorluğu aparır.

Lakin jurnalistlərin fikrincə, bu, daha çox şeyxin Avropa və Şimali Amerika federasiyaları qarşısında reytinqinin yüksəlməsi üçün atılmış seçkiqabağı addımı xatırladır.

Axı DÇ-nın keçirilməsi üçün lazımi infrastruktura malik ölkəni tez bir zamanda tapmaq həddən artıq çətindir.

Xatırladaq ki, DÇ-2018 Rusiyanın müxtəlif şəhərlərində keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/398431.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR