​"Qəbələ" və "Zirə" klubları Antalyada ilk oyunlarını keçirəcək

​"Qəbələ" və "Zirə" klubları Antalyada ilk oyunlarını keçirəcək
10:12 16 Yanvar 2016
21 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 16 yanvar. REPORT.AZ/ Qış təlim-məşq toplanışını Türkiyənin Antalya bölgəsində davam etdirən "Qəbələ" və "Zirə" klubları bu gün ilk yoxlama oyunlarını keçirəcəklər. "Report"un məlumatına görə, ölkə təmsilçiləri müvafiq olaraq Almaniya və Qazaxıstan klubları ilə qarşılaşacaq.
"Qəbələ" bu ilin ilk oyununu "Osnabryuk"a qarşı keçirəcək. "Gloria" məşq meydançasında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.
"Zirə" isə Qazaxıstanın "Ordabası" klubunu sınağa çəkəcək. "Kaya" otelinin stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/qebele-ve-zire-klublari-antalyada-ilk-oyunlarini-kecirecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR